Icma.az
close
up
RU
Azərbaycan və Ermənistanı sülh yolundan döndərmək mümkün deyil

Azərbaycan və Ermənistanı sülh yolundan döndərmək mümkün deyil

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiyada siyasi rejimlər və hakimiyyətlər dəyişsə də, lakin imperiya siyasəti isə heç vaxt dəyişmir. Rusların imperiya siyasətinin təməl prinsiplərindən biri də "Parçala və hökm sür" düsturuna əsaslanır. Kreml Cənubi Qafqazda hər zaman "Parçala və hökm sür" xəttini yürüdüb. "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktovun ötən həftə qəfil Ermənistana göndərilməsi də məhz Kremlin bu məkrli siyasətinə xidmət edir. Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq üçün bütün vasitələrə əl atan Putin Rusiyası indi də Azərbaycan-Ermənistan normallaşmasına mane olmaq üçün "Parçala və hökm sür" doktrinasının yeni mərhələsinə start verib.
Kreml bu məqsədə nail olmaq üçün bu dəfə Aleksey Venediktov kimi liberallardan istifadə etmək qərarına gəlib. Çünki Aleksandr Duqin, Aleksandr Proxanov, Nikita Mixalkov kimi qatı rus millətçi-şovinistləri artıq Cənubi Qafqazda qəbul olunmur. Ona görə də Kreml indi liberal görünüşlü rus şovinistlərini prosesə qoşub. Aleksey Venediktov da hər nə qədər Qərb yönümlü, liberal-demokrat ruhlu ictimai xadim kimi görünməyə çalışsa da, lakin əsl həqiqətdə isə, o, tipik "velikorus" zehniyyətli imperiya təəssübkeşidir. Onun İrəvanda yerli KİV-lərə verdiyi qalmaqallı müsahibələr də Venediktovun liberal-demokrat yox, Kremlin gizli-açıq missioneri olduğunu bir daha sübut etdi.
A.Venediktov revanşist mövqeli "CivilNet" kanalına və digər erməni KİV-nə müsahibələrində həyasızcasına bəyan etdi ki, "Qarabağda müharibə hələ bitməyib". Rusiyalı jurnalistin açıq təxribat xarakterli bu açıqlaması birbaşa Ermənistanla Azərbaycan arasında sülh prosesinin pozulmasına və Ermənistan cəmiyyətində revanşizm əhval-ruhiyyəsinin yenidən körüklənməsinə hesablanıb. Məqsəd isə bu yolla həm Ermənistanda 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində rusiyapərəst qüvvələrin qələbəsinə zəmin hazırlamaq və Paşinyanı devirmək, həm də Azərbaycan və Ermənistanı yeni hərbi qarşıdurmaya, eskalasiyaya sürükləməklə yekun sülh sazişinin imzalanmasını əngəlləməkdir.
Ancaq Kreml strateqləri və onların Venediktov kimi əlaltıları bir həqiqəti unudurlar ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, o cümlədən Qarabağda suverenliyinin bərpasına tam şəkildə nail olub və sülh prosesi artıq geridönməz xarakter alıb. İndi Bakı və İrəvan sülh prosesini uğurla başa çatdırmaq üçün heç bir vasitəçiyə ehtiyac duymur. Bütün məsələlər ikitərəfli qaydada tənzimlənir, tədricən yoluna qoyulur. Belə bir məqamda Rusiya tərəfinin yenidən Qarabağ "kartı"na əl atması və bu yolla həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərməsi qəbuledilməzdir. Görünən budur ki, Putin tamamilə reallıq hissini itirib və o başa düşmür ki, Rusiyanın həm Azərbaycana, həm də Ermənistana bu cür destruktiv üsullarla təzyiq göstərmək cəhdləri artıq əks effekt verir. Venediktov kimilər suyu bulandırmaqla, əslində, Rusiyanın özünü ifşa edirlər. Azərbaycan və Ermənistanı sülh yolundan döndərmək mümkün deyil.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri