Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

İsveçrəli deputat İrəvanı sülh yolundan döndərmək istəyir

İsveçrəli deputat İrəvanı sülh yolundan döndərmək istəyir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İsveçrə Milli Şurasının üzvü, açıq şəkildə anti-Azərbaycan mövqeyi ilə seçilən, ölkəmizin əleyhinə çıxışlar edən Erix Vontobel İrəvana səfər edib və burada mətbuat konfransı keçirib.

Vontobel bildirib ki, 2024-cü ilin oktyabrında o, Qarabağdan “zorla köçürülmüş” (?) şəxslərlə görüşüb və onlara 3 əsas sual ünvanlayıb: 2023-cü ilin sentyabrında nə baş verib? Hazırda nə istəyirsiniz? Bu məqsədə necə nail olmaq olar? Guya, onların “aydın təklifi” bundan ibarət olub: beynəlxalq müşahidə altında Azərbaycanla hansısa qondarma qurum arasında dəyirmi masa formatında danışıqların keçirilməsi. Vontobel görüş zamanı belə bir vəd verdiyini deyib: “Mən İsveçrəyə qayıdacağam və nəsə etməyə çalışacağam. Onun sözlərinə görə, bundan sonra – 2024-cü ilin oktyabrında – İsveçrə Xarici İşlər Nazirliyinə “Qarabağ üçün sülh forumu: ermənilərin qayıdışına dəstək” adlı petisiya təqdim edib və bu təşəbbüs komissiya üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

“Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatının rəhbəri Con Eybner də iddia edib ki, insan hüquqları məsələsi heç vaxt “bağlana bilməz”. Onun sözlərinə görə, əgər bu gün, Qarabağ əhalisinin hüquqları pozulursa (?), sabah eyni hal sizin hüquqlarınızla da bağlı baş verə bilər və bunun guya, bir dövlət tərəfindən həyata keçirilməsi mümkündür.

***

Nominal olaraq konfederativ, əslində, 26 muxtar bölgədən – kantonlardan və yarımkantonlardan ibarət federal respublika olan İsveçrədə qanunverici hakimiyyəti iki palatalı Federal Məclis həyata keçirir. Federal Məclis Milli Şuradan və Kantonlar Şurasından ibarətdir və qanunvericilik prosesində hər iki palata bərabər səlahiyyətlərə malikdir. Milli Şurada 200 deputat təmsil olunur və onlar proporsional nümayəndəlik sistemi əsasında əhali tərəfindən dörd il müddətinə seçilirlər. Tez-tez İrəvana səfərlər edən və orada bizim ünvanımıza hədyanlar yağdıran Erix Vontobel də Milli Şuranın 200 üzvündən biridir.

Onun səsləndirdiyi fikirlərə gəldikdə isə qeyd etmək lazımdır ki, bu yanaşma ilk növbədə İsveçrə–Azərbaycan münasibətlərinin ruhuna ziddir. Vontebel bu cür fikirlər səsləndirməklə iki ölkənin əlaqələrinə xələl gətirir. Bu cür bəyanatlar xarici siyasətdə əbədi neytrallığı başlıca prinsip seçmiş rəsmi Bernin balanslı xətti ilə də uzlaşmır. Yeri gəlmişkən, qeyd edək ki, 1815-ci ildə keçirilən Vyana Konqresində Rusiya və digər Avropa dövlətləri İsveçrənin əbədi neytrallığının tanınması və təmin olunması, habelə onun ərazi toxunulmazlığı barədə razılığa gəliblər. Bu qərar həmin il Parisdə müvafiq aktın imzalanması ilə beynəlxalq-hüquqi müstəvidə təsbit olunub.

Əlbəttə, Vontobelin şəxsi mövqeyi İsveçrə parlamentinin ümumi iradəsi kimi təqdim oluna bilməz. Onun populist və birtərəfli yanaşmaları regionda sülh və etimad mühitinin formalaşmasına deyil, gərginliyin dərinləşməsinə xidmət edir. Üstəlik, reallıqdan uzaq iddialarla çıxış etmək beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik anlamına gəlir. Amma erməni diasporunun, necə deyərlər, pul kisəsindən asılı olan belələri üçün hətta öz ölkələrinin maraqları da arxa plandadır. Bu cür fiqurlar obyektiv mövqe nümayiş etdirmək əvəzinə sifarişli ritorikaya üstünlük verirlər. Nəticədə şəxsi ambisiyalar və maliyyə maraqları beynəlxalq hüquq və ədalət prinsiplərindən daha önə çəkilir. Belə yanaşma nə sülhə xidmət edir, nə də real dialoq imkanlarını genişləndirir.

İsveçrəli parlamentarinin səsləndirdiyi fikirlər bir daha göstərir ki, o, regiondakı proseslərə nə obyektiv, nə də beynəlxalq hüquqa uyğun yanaşır. 2024-cü ilin oktyabrında onun, guya, Qarabağdan “zorla köçürülmüş” şəxslərlə görüşməsi və bu görüşü siyasi kampaniyasının əsas arqumentinə çevirməsi açıq şəkildə birtərəfli mövqedən xəbər verir. Daha maraqlısı odur ki, Vontobel hadisələrin səbəblərini, 30 il ərzində Azərbaycanın üzləşdiyi işğal, etnik təmizləmə və humanitar fəlakətləri görmək istəmir. Onun “üç əsas sual” ətrafında qurduğu yanaşma da mahiyyət etibarilə manipulyativdir. Çünki sualların özü əvvəlcədən siyasi nəticə çıxarmağa hesablanıb. Guya, qarşı tərəfin “aydın təklifi”nin beynəlxalq müşahidə altında Azərbaycanla hansısa “Artsax” arasında dəyirmi masa danışıqları olması isə reallıqdan uzaqdır. Belə bir separatçı rejimin varlığına 2023-cü ilin payızında son qoyulub və bu cür ifadələrin işlədilməsi separatçılığın dolayısı ilə legitimləşdirilməsi cəhdidir. Vontobelin “İsveçrəyə qayıdıb nəsə etməyə çalışacağı” ilə bağlı vədi isə sonradan İsveçrə Xarici İşlər Nazirliyinə təqdim etdiyi petisiya ilə davam etdirilib. “Qarabağ üçün sülh forumu: ermənilərin qayıdışına dəstək” adlandırılan bu sənədin mahiyyəti diqqətlə incələndikdə onun sülhə yox, siyasi təzyiq mexanizminə xidmət etdiyi aydın görünür. Çünki burada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və daxili işi olan məsələlər tamamilə kənarda saxlanılır. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, Vontobel kimi siyasətçilər reallığı təhrif edən tezislərlə regionda yenidən gərginlik yaratmağa çalışırlar. Halbuki dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimad və faktların təhrif olunmadan qəbul edilməsi əsasında mümkündür. Azərbaycanın atdığı addımlar məhz bu prinsiplərə söykənir və bunu görməzdən gəlmək nə sülhə, nə də ədalətə xidmət edir.

“Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatının rəhbəri Con Eybnerin səsləndirdiyi fikirlər də reallıqdan çox emosional və siyasi yönümlü yanaşmanı xatırladır. Onun “insan hüquqları heç vaxt bağlana bilməz” tezisi ümumi və cəlbedici səslənsə də, konkret Qarabağ kontekstində bu ifadə birtərəfli yanaşma üzərində qurulub. Çünki Eybner çıxışında illərlə işğal altında qalmış ərazilərdə azərbaycanlıların pozulmuş hüquqlarını, didərgin düşmüş yüz minlərlə insanın taleyini tamamilə görməzdən gəlir. “Bu gün Qarabağ əhalisinin hüquqları pozulursa” kimi iddialar isə sual doğurur. Hansı hüquqlardan söhbət gedir və bu hüquqlar hansı beynəlxalq sənədlə, hansı status əsasında müəyyənləşdirilib? Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi tədbirləri “dövlət tərəfindən hüquq pozuntusu” kimi təqdim etmək açıq-aşkar təhrifdir və faktlara əsaslanmır.

Eybnerin “sabah eyni hal sizin hüquqlarınızla da bağlı baş verə bilər” tipli fikirləri isə qorxu yaratmağa hesablanmış ritorikadır. Bu cür müqayisələr nə hüquqi, nə də siyasi baxımdan əsaslıdır. İnsan hüquqları anlayışını siyasi alətə çevirmək onu müdafiə etmir, əksinə, bu anlayışın özünə zərər vurur. Əgər məqsəd doğrudan da hüquqların qorunmasıdırsa, yanaşma selektiv yox, universal olmalıdır.

Onu da bildirək ki, Ermənistan hakimiyyətinin ölkə ərazisində bu tip tədbirlərin keçirilməsinə imkan verməsi heç də yaxşı hal deyil. Çünki bu, sülhə xidmət etmir və gərginliyi diri saxlayır. Bu günə qədər İrəvanda separatçıların “nümayəndəliyinin” ləğvi məsələsi də həll edilməyib. Separatçı qurumun “nümayəndəlik” adı altında fəaliyyət göstərməsi açıq hüquq pozuntusudur. Bu, Ermənistanın öz öhdəliklərinə sadiq olmadığını göstərir. Belə addımlar revanşist dairələrə əlavə stimul verir. Bundan əlavə parlamentdə separatçı simvolların nümayişinə göz yumulur. Qanunverici orqanda bu cür simvolların nümayişi siyasi mesaj xarakteri daşıyır. Həmçinin, Birinci Qarabağ müharibəsi dövründə erməni silahlıları tərəfindən qətlə yetirilmiş azərbaycanlılara aid kütləvi məzarlıqların yerləri və mina xəritələri təqdim edilmir. Bu məlumatların gizlədilməsi humanitar hüquqa ziddir. Minatəmizləmə prosesinin ləngiməsi yeni qurbanlara səbəb olur. Bu, insan həyatına qarşı açıq laqeydlikdir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri