Icma.az
close
up
RU
Azərbaycanı haqq yolundan döndərmək mümkün deyil!

Azərbaycanı haqq yolundan döndərmək mümkün deyil!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Milli Assambleyanın daha bir kağız parçası...
Böyük Fransanın kiçik məsuliyyəti

Son illərdə ölkəmizə qarşı bir növ “səlib” yürüşünə keçən Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin birbaşa Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti səngimir. Belə bədnam fəaliyyətin davamı olaraq iyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri LoranVokye (LaurentWauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan”Avropa Qətnaməsi təşəbbüsünü irəli sürüblər. Qətnamə layihəsində postmüharibə dövrünün reallıqları, sülh prosesi və digər məsələlərlə bağlı absurd iddialar ortaya qoyulur  və sonda Milli Assambleya tərəfindən Azərbaycanın əleyhinə yönəlik 7 bənd irəli sürülür. Beləliklə, aydın şəkildə görünür ki, Yelisey Sarayı yenə də öz amplaasındadır və qərəzçilik mövqeyindən geri çəkilmək istəmir.

Getdikcə cılızlaşdırılan ölkə...

Təqdim olunan “sənəd”də Fransanın məsuliyyətindən bəhs olunur.  İlk baxışda elə təsəvvür yarana bilər ki, qətnamə layihəsinin müəllifləri  Fransanın məsuliyyətini daha geniş masştabda, deyək ki, bu ölkənin tarixi ənənələrini və Avropanın yeni çağırışlarını nəzərə almaqla dəyərləndirəcəklər. Axı Makron komandasının üzvləri bir qayda olaraq Fransanın Avropa İttifaqı (Aİ) məkanının lider dövləti olduğu ambisiyalarından çıxış edirlər. Bir anlığa bu ambisiyaları qəbul edək. Belə olan halda Yelisey Sarayının məsuliyyəti də Aİ məkanının çoxsaylı problemləri anlamında başa düşülür. Lider dövlət gərək drayver qüvvə kimi bütün Avropanı öz arxasınca aparsın, 27 üzv dövlətə nümunə göstərsin. Bu gün “qoca qitə”nin həyatında bir çox istiqamətlərdə böhran yaşanır, insanlar çətinliklərlə üzləşirlər. Elə bugünlərdə problemlər məngənəsində boğulan Avropa adından Avropa Komissiyası Amerika Birləşmiş Ştatları ilə “qoca qitə” üçün bir sıra ağır şərtlər altında gömrük tarifləri razılaşmasını imzalamaq məcburiyyətində qaldı.
Lider dövlətin məsuliyyəti dedikdə bütün bu kimi məsələlər başa düşülür. Bəhs olunan qətnamə layihəsinin müəl?iflərinə görə isə Fransanın   məsuliyyəti “Ermənistanla insan hüquqları, təhlükəsizlik, inkişaf və demokratiyaya əsaslanan strateji tərəfdaşlığı irəlilətməkdə”dir. Beləliklə, onlar böyük Fransanın məsuliyyətini kiçik Ermənistana himayədarlıq etməkdə görürlər və bununla da ölkələrini cılızlaşdırırlar.  

Fransa parlamentinin üzvlərinin ölünü diriltmək qabiliyyəti var?

Qətnamədə qondarma məfhumlara (“Dağlıq-Qarabağ respublikası”, “artsax”) yer verilir, bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı narahatlıqların olduğu vurğulanır. Bundan əlavə, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın “artsax”da və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu bildirilir. Həmçinin, Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi vurğulanır.
Yenə də başdan ayağa yalan, uydurma itti?amlar ortadadır. Başa düşülmür: Avropanın lider dövləti ambisiyalarından çıxış edən bir ölkənin parlamentariləri informasiya axınından bu qədərmi geridə qalırlar? Əvvəla “Dağlıq Qarabağ” və yaxud “artsax” adında hansısa bir dövlət qurumu ümumiyyətlə olmayıb. Bu, zamanında Ermənistan rəhbərliyinin və separatçıların uydurduqları bir mif idi.
Qürurlu, ləyaqətli və məsuliyyətli dövlət olan Azərbaycan isə işğal faktını qəbul etmədi və 44 günlük müharibədə şanlı Zəfər qazanmaqla beynəlxalq hüququ və tarixi ədaləti öz gücünə təmin etdi. Dövlətin məsuliyyəti belə olar. Yalançı təəssübkeşlik və yalançı məsuliyyət heç kimə lazım deyil. Fransa parlamentinin təmsilçiləri istəsələr də, istəməsələr də o reallığı qəbul etməlidirlər ki, “Dağlıq Qarabağ respublikası”, “artsax” ümumiyyətlə olmadığı kimi, artıq Dağlıq Qarabağ problemi də yoxdur. Uydurma erməni mifləri puç olub, tarixin zibilliyində qalıb. Fransa parlamentarilərinə xatırlatmaq istərdik ki, bu reallığı artıq Ermənistan rəhbərliyi də qəbul etmək məcburiyyətində qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə açıq mətnlə ifadə edib. Bu yerdə sual edirik: Fransa parlamentinin üzvlərinin ermənilərdən artıq ermənilik etmələrinə nə hacət var? Əgər Fransa parlamentinin üzvlərinin ölünü diril?mək qabiliyyətləri varsa, bu, başqa bir məsələdir.

Qarabağdan zorla çıxarılan azərbaycanlılar və könüllü köç edən ermənilər

Parlamentarilərin Azərbaycanın etnik ermənilərə qarşı diskriminasiya həyata keçirdiyi, erməni tarixi abidələrini məhv etdiyi barədə səsləndirdikləri iddiaların da hansısa bir əsası yoxdur. Görəsən, insan haqlarından dəm vuran parlamentarilər nə üçün ötən əsrin doxsanıncı illərinin əvvəllərində azərbaycanlıların doğma yurd yerlərindən ermənilər tərəfindən amansızlıqla qovulduqlarını xatırlamırlar, bu barədə susmağa üstünlük verirlər? O zaman azərbaycanlılar sözün əsl mənasında humanitar fəlakətlə üzləşmişdilər, dinc insanlar kütləvi şəkildə soyqırımına məruz qalırdılar. Bununla bağlı materiallar internet resurslarında var. Parlamentarilər yaddaşlarını təzələmək üçün həmin materiallarla tanış ola bilərlər.
Qarabağdan erməni əhalinin köçü isə onlara heç bir təzyiq göstərilmədən, könül?ülük əsasında baş verdi. Bəlkə də, həmin insanlar zamanında Qarabağda azərbaycanlılara qarşı törətdikləri insanlıq əleyhinə cinayətlərin mənəvi və hüquqi məsuliyyətindən qurtulmaq üçün onlara məxsus olmayan ərazilərdən çıxıb getdilər. Azərbaycan xalqı isə yenə də humanizm mövqeyi ortaya qoydu, Qarabağı  tərk edən ermənilərə hər hansı bir təzyiq göstərilmədi.
Parlamentarilər erməni abidələrinin məhv edilməsindən danışırlar. Saxtakarlığın, yalanın da bir həddi olar. Otuz illik işğal dövründə ermənilər İslam dininə aid tarixi abidələrdə mal-heyvan saxlamaqla onları təhqirlərə məruz qoyublar. Qarabağda olan 67 məsciddən 65-i tamam dağıdılıb. Postmüharibə dövründə isə qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həm İslam dininə, həm də digər mədəniyyətlərə aid tarixi abidələrin bərpası ilə bağlı layihələr həyata keçirir və burada hər hansı bir ayrı-seçkiliyə yol verilmir.

Parlament, yoxsa məhkəmə?

Bədnam qətnamə layihəsində həmçinin, Azərbaycan tərəfindən saxlanılan “siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər” üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir, onların dərhal azad olunması tələbi irəli sürülür. Bu qəbildən olan iddialardan o qənaət hasil olur ki, Milli Assambleyanın təmsilçiləri parlament üzvləri olduqlarını yaddan çıxarıblar və özlərini  bir növ məhkəmə hakimləri qismində təsəvvür edirlər.  
Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam edir. Adları çəkilən şəxslərin və qeyrilərinin bundan sonra həyatlarını harada - azadlıqda və yaxud həbsxanalarda davam etdirəcəklərinə qərar vermək məhkəmənin müstəsna səlahiyyətidir. Fransalı parlamentarilər nə üçün unudurlar ki, hazırda Bakıda məhkəmələri gedən şəxslər zamanında Azərbaycana qarşı dövləti cinayətlərə yol veriblər. Onlar respublikamızın ərazi bütövlüyünü və Konstitusiya quruluşunu açıq-aşkar pozublar. Məhkəmədə çoxsaylı şahidlər işğal illərində separatçıların onlara verdikləri əzab-əziyyətləri xatırlayırlar. Törədilən müharibə cinayətləri dəhşət saçır. “Siyasi məhbus” adlandırılan şəxslər planlı şəkildə ərazilərimizi minalayıblar. Bu gün də insanlar mina terrorunun qurbanı olurlar. “Siyasi məhbuslar” Qarabağda yaradılan kütləvi qəbiristanlıqlara görə məsuliyyət daşıyırlar. Həmin qəbiristanlıqlarda yüzlərlə azərbaycanlı diri-diri basdırılıb. Bu kimi qəddarlıqların “siyasi məhbus” anlayışı ilə hansısa bir əlaqəsi varmı? Görəsən, Yelisey Sarayı humanistlik göstərib Fransaya qarşı dövləti cinayətlər törətmiş çaniləri azadlığa buraxardımı?
Parisdə rahat kreslolarda əyləşən parlamentarilərə bir xatırlatmanı da etmək yerinə düşər: Bu gün Ermənistan rəhbərliyi məhkəmə qarşısında əyləşən separatçıların azadlığa buraxılması barədə hansısa bir səviyyədə müzakirələr aparmır. Yəni, bu sırf məhkəmə qaydasında həllini tapacaq bir məsələdir. Və bunu İrəvanda da anlayırlar. Yaxşı olardı ki, Fransadan olan parlamentarilər də onlara aid olmayan məsələlərə qarışmasınlar. İndiyədək Fransa Senatında və Milli Assambleyasında mahiyyət etibarı ilə adi kağız parçasından heç nə ilə fərqlənməyən çoxsaylı qətnamələr qəbul olunub. Belə qətnamələrlə Azərbaycanı haqq yolundan döndərmək mümkün olubmu? Əsla! Heç bir şübhə yoxdur ki, Milli Assambleyaya təqdim olunan növbəti qətnamənin də taleyi oxşar olacaq - onlar da heç mürəkkəbi qurumamış toz basmış arxivlərdə yer alacaq.

Mayası erməni xəmiri ilə yoğrulanlar

Bədnam qətnamə layihəsinin əsas müəlliflərindən birinin LoranVokye olduğunu yuxarıda qeyd etdik.  LoranVokyenin simasında  Yelisey Sarayından gələn “ali təlimatın” icraçısı Fransada iqtidar koalisiyanın üzvü olan “Respublikaçılar” Partiyasıdır. O, həmin L.Vokyedir ki, 2023-cü ildə “Qarabağın blokadaya alınmasını” əsas gətirərək, guya, erməni sakinlərə yardım göstərilməsinə çağırış edən kollektiv müraciətin təşəbbüskarlarından biri olmuş, qondarma rejimin “xarici işlər naziri” SergeyKazaryanla görüşmüşdür. O, hətta Bakıda COP29-un keçirilməsinə qarşı belə kollektiv müraciətə də imza atmışdır. Anti-Azərbaycan əleyhinə apardığı fəaliyyətə görə,o, Fransanın erməni icması tərəfindən “Cəsarət” medalı ilə təltif olunmuşdur.
L.Vokye kimi Azərbaycanın əleyhinə “humanitar tok-şou” aparan və digər bu kimi təlimatların icraçıları qismində Fransanın İl-dö-Frans regionunun prezidenti ValeriPekressi (ValeriePecresse) və Paris şəhərinin meri An İdalqonu (AnneHidalgo) da xüsusi vurğulamaq yerinə düşər. V.Pekress Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, dəfələrlə ölkəmizin əleyhinə bəyanatlar səsləndirib, A.İdalqo isə 2023-cü ildə qondarma rejim üçün humanitar konvoyu Azərbaycan sərhəddindən  keçirməyə çalışıb və Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Parisin mərkəzində qondarma “Artsax respublikasının nümayəndəliyi” bu gün də fəaliyyət göstərir.
Bu məlumatlar loren vokyelərin dosyelərinə, onların həyat yollarına işıq salır. Belələrini “mayası erməni xəmiri ilə yoğrulanlar”adlandırmaq daha doğru olardı.


Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see257

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see209

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see179

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see164

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see140

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see122

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri