Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

“Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

“Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan və Gürcüstan qonşu olmaqla yanaşı, həm də etibarlı tərəfdaş kimi əməkdaşlığı genişləndirir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq region üçün nümunəvi model kimi təqdim edilir. Prezident İlham Əliyevin qonşu ölkəyə dövlət səfəri, liderlərin mətbuata birgə bəyanatında xüsusi yer tutan məsələlərdən biri iqtisadi əməkdaşlıq idi. Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti Azərbaycan kapitalının bu ölkəyə yönəlməsini stimullaşdırır. 3,7 milyard dollarlıq sərmayə həcmi və artan ticarət dövriyyəsi iqtisadi əlaqələrin real nəticələrini əks etdirir. Bu əməkdaşlıq yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivi Bakı-Tbilisi tandeminin regional iqtisadi aktor kimi rolunu daha da gücləndirə bilər.

Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdəndir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlət başçısı artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi kimi Gürcüstanın rolu xüsusi qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin regional sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu göstərir.

Görünən budur ki, Azərbaycanın enerji siyasəti və Gürcüstanın tranzit imkanları regionun qlobal əhəmiyyətini artıran əsas faktorlardandır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki ölkəni Avropa ilə Asiya arasında əsas nəqliyyat körpüsünə çevirir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu dəhliz artıq “əsas nəqliyyat damarı” funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri – dəmir yolları, limanlar və logistika mərkəzləri Azərbaycan və Gürcüstan iqtisadiyyatına ciddi töhfələr verir. Bu layihələr yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və xarici investisiyaların artmasına səbəb olur. Bir sözlə, Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq arenadakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu ölkələr yalnız region daxilində deyil, həm də Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul olunur. Layihə çərçivəsində qurulan əməkdaşlıq platformaları siyasi dialoqu genişləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu kimi təşəbbüslər regionun logistika potensialını artıraraq, onu beynəlxalq investorlar üçün daha cəlbedici edir.

Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur. Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər konkret iqtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir.

Beləliklə, Azərbaycan və Gürcüstan arasında formalaşmış əməkdaşlıq modeli regionda sabitliyin, inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış edir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Aprel 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri