Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Azərbaycan Gürcüstan dostluğu Şərqdən Qərbə əməkdaşlıq körpüsüdür

Azərbaycan Gürcüstan dostluğu Şərqdən Qərbə əməkdaşlıq körpüsüdür

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qonşu ölkənin Prezidenti ölkəmizə rəsmi səfərə gəlir

Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də, hazırkı Prezident İlham Əliyev də bu əlaqələrə həmişə böyük töhfələr veriblər. Dövlətimizin başçısı “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da bir daha bildirdi ki, Gürcüstan strateji müttəfiqimizdir.

Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan yeni iqtisadi-siyasi münasibətlər dövründə, müstəqillik şəraitində xeyli inkişaf ediblər. Bununla yanaşı, hər iki ölkə qarşısında dayanan çağırışlar da, problemlər də eyni olub – ərazi bütövlüyünün pozulması, aqressiv separatizm. Hələ ki, Cənubi Qafqazda sülh tam bərqərar olmadığından Bakı ilə Tbilisi bir-birinə dəstək baxımından daha sıx əlaqədədirlər. Eyni zamanda, hər iki tərəf bu qənaətdədir ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bütün bunlar həm də regionun üçüncü ölkəsi, təcavüzkar Ermənənistana ciddi bir mesajdır.

Bu istiqamətdə növbəti mesaj Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana rəsmi səfərə gəlməsidir. Artıq səfərin vaxtında reallaşacağı barədə məlumatı Gürcüstan Prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Luka Exvaya da təsdiqləyib. Üstəlik, onun sözlərinə görə, bu, M.Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəri olacaq.

Doğrudur, Exvaya gürcü dövləti başçısının Azərbaycandan sonra Ermənistana səfər edəcəyini də söyləyib, ancaq bu səfər aprelin axırında baş tutacaq. Təbii ki, M.Kavelaşvilinin ilk xarici səfərini sülhsevər, 30 il ərzində pozulmuş ərazi bütövlüyünü öz gücünə təmin edərək, nümunə göstərmiş Azərbaycana etməsi, dünyaya, ilk növbədə, Ermənistana sülh siqnalı olmalıdır. Yəni, vaxtdır, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu olmalıdır!

Gürcüstan Prezidenti, bütövlükdə qonşu ölkənin hökuməti Azərbaycana xoş və səmimi jestlərini həmişə nümayiş etdirdiyi kimi, bir qədər əvvəl, Novruz bayramı günlərində bir daha ortaya qoydu. Həmin gün Borçalıda təşkil olunmuş Novruz bayramı şənliklərinə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər də qatılmışdılar. Şənlik böyük mehribanlıq və qonaqpərvərlik şəraitində keçib, gürcü rəsmiləri ölkənin azərbaycanlı sakinlərini bayram münasibətilə təbrik edib, onlara qoşularaq şənləniblər. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutan tədbirdə Azərbaycan və gürcü dillərində şeirlər səslənib, rəqs nömrələri nümayiş etdirilib. Bu da bir daha iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də fəal işləməkdədirlər. Bu sahədə indiyədək bir sıra addımlar atılıb. Bir neçə il əvvəl Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib. Daha sonra Tbilisi Bakı və İrəvan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması təşəbbüsü ilə çıxış edib. 2023-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tbilisiyə səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Gürcüstanın Baş naziri bəyanatında bildirmişdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfələr verir.

Onun sözlərinə görə, Azərbaycan liderinin səfəri zamanı iqtisadi, ticari əlaqələrlə yanaşı, təhlükəsizlik məsələləri də müzakirə olunub. Baş nazir demişdi: “Bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaqlar. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaq və ölkələrimizin firavanlığına xidmət edəcək, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün. Biz burada – Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidirlər”.

Həmin görüşdə, eləcə də Bakıda və Tbilisidə baş tutmuş digər təmaslarda Azərbaycan Prezidenti İlham Əliyev də regionda sülhün alternativi olmadığını dəfələrlə bəyan edib. Qaribaşvili ilə birgə bəyanatında dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirməyin vacibliyini qeyd edərək demişdi ki, liderlər arasında görüşlər ölkələrimizin bir-birinə daha yaxın olmasına, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar, bu gün də belədir. Bu, həm ölkələrimiz üçün, həm də bölgə üçün, o cümlədən, ilk növbədə, Cənubi Qafqaz üçün çox vacib şərtdir.

Prezident İlham Əliyev daha sonra deyib: “Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, – mən buna ümidliyəm, – o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür”.

Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatında qələbəsinə qədər Ermənistanla belə bir əlaqədən məhrum olmuşuq. Ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında olub və təbii ki, bu vəziyyət normallaşmaya doğru addımlar atılmasına imkan verməyib: “İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.

Azərbaycan Prezidenti həmin bəyanatında Bakı və İrəvana təklif olunan vasitəçilik məsələsinə də toxunub. Onun sözlərinə görə, bu gün bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışır. Azərbaycan bunu alqışlayır. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, istənilən vasitəçiliyi və yardımı qəbul etmək olar. Prezident İlham Əliyev qeyd edib ki, bütün bu təkliflərin qərəzsizliyinə əmin olmadığı üçün Gürcüstanın vasitəçilik səylərini daha yüksək qiymətləndirir: “Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi, Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

Təəssüflər olsun ki, Azərbaycan sülh sazişini imzalamağa hazır olsa da, Ermənistan Azərbaycanın iki tələbini (bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının yer aldığı maddəni ləğv etmək və ATƏT-in Minsk qripunun fəaliyyətinə son qoymaq) yerinə yetirmək istəmədiyi üçün hələ sülh və nizamlama prosesini başa çatdırmaq mümkün olmur. Gürcüstan liderləri isə hələ də vasitəçilik səylərinin uğurla nəticələnəcəyinə inanmaqda davam edirlər. Şübhəsiz ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya səfəri zamanı da bu məsələ əsas müzakirə mövzularından biri olacaq. Və ümid edirik ki, Ermənistanla sülh sazişi də məhz Cənubi Qafqazın ikinci böyük və sülhsevər ölkəsi Gürcüstanda imzalana bilər. Bunun üçün hər cür şərait və imkan mövcuddur.

Paşa ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri