Azərbaycan və İƏT Bakıda Təmiz Enerji Mərkəzinin yaradılmasını müzakirə edib
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionu üçün Təmiz Enerji Mərkəzinin yaradılmasını müzakirə edib.
Missiya.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə XII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İƏT-in Baş katibi Əsəd Məcid Xan arasında keçirilən görüşdə aparılıb.
Həmçinin, Təmiz Enerji Mərkəzi vasitəsilə həyata keçiriləcək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs və layihələrindən bəhs edilib. Mərkəzin Bakıda rəsmi açılışı üçün lazımi proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin bu il Azərbaycanın İƏT-in sammitinə ev sahibliyi çərçivəsində enerji sahəsində keçiriləcək tədbirlər, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi regional layihələrlə təşkilat daxilində enerji tərəfdaşlığını təmin edən perspektivlər nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















