Icma.az
close
up
RU
İƏT in Təmiz Enerji Mərkəzinin İdarə Heyətinin ilk iclası keçirilib

İƏT in Təmiz Enerji Mərkəzinin İdarə Heyətinin ilk iclası keçirilib

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) İdarə Heyətinin onlayn formatda ilk iclası keçirilib. Bununla da ötən ilin noyabrında COP29 çərçivəsində İƏT və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.
Newscenter.az-ın xəbərinə görə, energetika naziri Pərviz Şahbazov bildirib ki, Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi İƏT-in 17-ci Zirvə Toplantısının yekun sənədi - Xankəndi Kommunikesində də vurğulanır. Mərkəzi təşkilat və üzv dövlətləri arasında mövcud və potensial enerji tərəfdaşlıqlarını gücləndirməklə, regionda bərpaolunan enerji layihələrinin inkişafını və enerji keçidini dəstəkləyəcək. “Hazırda üç İƏT üzvü - Türkiyə, Qazaxıstan və Özbəkistan ilə “yaşıl enerji dəhliz”lərinin yaradılması üzrə əməkdaşlıq edirik. “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri regional enerji əlaqələrinin və regional elektrik bazarının inkişafını hədəfləyən strateji təşəbbüslərdir. Bu layihələr İƏT regionunda enerji əməkdaşlığını möhkəmləndirəcək, regional enerji şəbəkələrini birləşdirəcək və emissiyaların azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq”, deyə nazir əlavə edib. Bildirilib ki, ev sahibi ölkə olaraq Azərbaycan ədalətli enerji keçidi üzrə milli, regional və İƏT miqyaslı məqsədlərə töhfə verəcəyinə inanaraq Mərkəzi dəstəkləməyə sadiqdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Təmiz Enerji Mərkəzinin ev sahibliyini üzərinə götürdüyü üçün Azərbaycana təşəkkürünü çatdırıb. Baş katib bildirib ki, Mərkəzin fəaliyyətə başlaması üçün göstərilən səylər Azərbaycanın regional əməkdaşlığın və karbon emissiyasının azaldılması gündəliyinin irəlilədilməsində qərarlı və fəal rolunun sübutudur. Əminik ki, Mərkəz regional davamlı enerji mərkəzlərinin qlobal şəbəkəsinin güclü komponentinə çevriləcək.
İclasda Təşkilata üzv dövlətlər - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Pakistan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) təmsil olunub. Ölkələrin “yaşıl enerji” gündəliyini qlobal tendensiyalara uyğun və koordinasiyalı həyata keçirməsi üçün Mərkəzin fəaliyyətində fəal iştirak və dəstək göstəriləcəyi vurğulanıb.
İclas zamanı Mərkəzin Daxili Qaydaları təsdiqlənib və Aysel Yaqubova Təmiz Enerji Mərkəzinin icraçı direktoru təyin edilib. İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında keçirilməsinə qərar verilib.

Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri