Parlament İƏT in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.
"Report" xəbər verir ki, bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılmış "İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi"ndə əksini tapıb.
Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.
İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















