Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan və İndoneziya arasında gələcəkdə iqtisadi forumun keçirilməsi imkanları müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə keçirilən görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib. Səfir Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan və İndoneziya arasında mümkün əməkdaşlıq istiqamətləri, ixrac potensialına malik məhsullar və gələcəkdə iqtisadi forumun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq, qida və içki sənayesi sahələrində potensial tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















