Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oğuz, 30 oktyabr, AZƏRTAC
Azərbaycan dünyada azsaylı xalqların əsrlərdir birlik, bərabərlik şəraitində yaşadığı tolerant və multukultural bir ölkədir. Oğuz rayonu bu milli birliyi daha sıx tellərlə bağlayan, inkişaf etdirən, xalqların qaynayıb-qarışan bölgələrdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Oğuz Şəhər Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Oğuz etnik qrupların mədəniyyət birliyi” adlı tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ağsaqqalları, mədəniyyət və təhsil işçiləri, məktəblilər, qonşu rayonlardan dəvət olunmuş sənətkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə formalaşmış multikulturalizm ənənələrindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, müxtəlif xalqların nümayəndələri arasında mövcud olan dostluq, birlik və qarşılıqlı anlaşma mühitindən bəhs ediblər. Qeyd olunub ki, belə tədbirlərin təşkili Oğuz rayonunda və ətraf bölgələrdə əsrlər boyu dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşayan müxtəlif etnik qrupların zəngin mədəni irsini, milli adət-ənənələrini və sənətkarlıq nümunələrini nümayiş etdirmək, xalqlar arasında mədəni əlaqələri və həmrəyliyi daha da möhkəmləndirməkdir.
Proqram çərçivəsində qonşu rayonlardan gələn sənətkarlar tərəfindən xalq sənətinin müxtəlif nümunələri təqdim olunub. Məktəblilərin və mədəniyyət işçilərinin ifasında səsləndirilən rəngarəng musiqi və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbir Oğuz rayonunun zəngin etnik-mədəni müxtəlifliyinin, əsrlərdən bəri qorunub saxlanılan milli dəyərlərinin və xalqlar arasında dostluq, qardaşlıq ənənələrinin təbliği baxımından əhəmiyyətli olub.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Oktyabr 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















