Azərbaycan və İran XİN başçıları müavinləri regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı İran İslam Respublikasının Prezidenti Məsud Perzeşkianın ölkəmizə 28 aprel 2025-ci il tarixli səfərindən sonra Azərbaycan-İran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin İran və Azərbaycanın araşdırma və beyin mərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasının ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini və iki ölkənin ictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığın artmasına xidmət edəcəyini qeyd ediblər.
Nazir müavinləri həmçinin digər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 May 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















