Icma.az
close
up
RU
Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio ilə görüş keçirilib. Görüşdə nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Görüşdə İtaliyanın təchizatçı şirkətləri tərəfindən Azərbaycanda müasir kənd təsərrüfatı texnikalarının təqdimatının keçirilməsi məsələsi müzakirə edilib.

İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, federasiya müasir kənd təsərrüfatı texnika və avadanlıqları istehsal edən şirkətləri özündə birləşdirir. Mariateresa Maschio aqrar sahədə Azərbayanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycanın kənd təsərrüfatı texnikaları parkının yenilənməsi və mexanizasiya səviyyəsinin artırılması, ölkəmizdə İtaliya Kənd Təsərrüfatı Texnikası Mərkəzinin yaradılması perspektivləri, resurslara qənaət edən texnologiyaların təşviqinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 İyun 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri