Icma.az
close
up
RU
Azərbaycan və Rusiya FHNləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Rusiya FHNləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 25-də Moskvada səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev ilə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov arasında görüş keçirilib.
Bizim.Media FHN-ə istinadla xəbər verir ki, görüşdə təbii və texnogen hadisələrin xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bildirilib ki, bu ilin əvvəlində Bakıda tərəflər arasında imzalanmış 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı uğurla həyata keçirilir. Bu çərçivədə, azərbaycanlı mütəxəssislər Rusiya FHN-in “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatlar Mərkəzində olub, “Tsentrospas” dəstəsinin və Noqinsk Xilasetmə Mərkəzinin bazasında beynəlxalq axtarış-xilasetmə əməliyyatlarına dair seminarda, həmçinin “Kompleks təhlükəsizlik - 2024” XV Beynəlxalq Salondakı (Sərgidəki) tədbirlərdə iştirak ediblər. Eyni zamanda, sentyabr ayında Həştərxanda keçirilmiş Xəzər dənizinin şimal hissəsində dənizdə baş vermiş şərti qəza və neft dağılmalarının aradan qaldırılmasına dair təlimin izlənildiyi qeyd olunub. Həmçinin, il ərzində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) dəstəyi ilə Rusiya FHN-in müvafiq ali məktəbləri vasitəsilə üç birgə elmi-praktik konfrans və iki ixtisasartırma kursu keçirilib.
 

Görüşdə növbəti ildə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə gələn ilin yanvar ayının sonunda Arxangelskdə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən “Təhlükəsiz Arktika - 2025” idarələrarası təcrübə-tədqiqat təlimlərinin keçirilməsi nəzərdə tutulur və bu təlimlərdə Azərbaycan FHN müşahidəçi qismində iştirak etmək niyyətindədir.


Rusiya FHN-in rəhbəri bildirib ki, “bu, nəinki Arktikada təbii və texnogen fəlakətlərlə mübarizə sahəsində müasir yanaşma və texnologiyaları sınaqdan keçirməyə imkan verəcək, eyni zamanda bizim birgə keçirəcəyimiz “Xəzər-2026” beynəlxalq təlimlərə hazırlıq üçün yeni maraqlı ideyalar verəcək”.
Görüşdə MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı olduğu vurğulanıb.
Rusiya və Belarusun Fövqəladə Hallar üzrə Dövlətlərarası Şurasının iclaslarının səviyyəsini nazirlər səviyyəsinə qaldırmaq təşəbbüsünün Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi bildirilib. Rusiyalı nazir bildirib ki, bu, Birlik çərçivəsində qarşılıqlı əməkdaşlığa əlavə təkan verəcək.
Görüşdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əməkdaşlığın fövqəladə hallar sahəsində dövlətlərarası münasibətlərin mühüm aspektlərindən biri olduğu qeyd olunub. BMMT-nin potensialı sayəsində Azərbaycan fövqəladə hallar orqanlarının daha da təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr uğurla həyata keçirilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see193

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri