Icma.az
close
up
RU
Azərbaycan və İtaliya arasındakı münasibətlər uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilib ŞƏRH

Azərbaycan və İtaliya arasındakı münasibətlər uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilib ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 dekabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Roma–Bakı xətti təkcə ikitərəfli əlaqələrin məcmusu deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi, Cənubi Qafqazın sabitliyi və Aralıq dənizi hövzəsinin geosiyasi balansı üçün xüsusi əhəmiyyət kəsb edən əməkdaşlıq modelidir. İki ölkə arasında əməkdaşlığın çoxşaxəliliyi, qarşılıqlı hörmət və etimada əsaslanması münasibətləri regionda ən dayanıqlı tərəfdaşlıq nümunələrindən birinə çevirir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri, deputat Azər Kərimli söyləyib.

Azərbaycanın Avropadakı ən böyük ticarət tərəfdaşı

Azər Kərimli bildirib ki, Azərbaycan–İtaliya siyasi dialoqu illərdir yüksəksəviyyəli qarşılıqlı səfərlər, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlarda göstərilən qarşılıqlı dəstək üzərində formalaşıb. İtaliya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək göstərən Avropa ölkələrindən biridir. Azərbaycanın əraziləri üzərində tam suverenliyini bərpa etməsindən sonra rəsmi Roma bu prosesin beynəlxalq hüquqa uyğunluğunu tanıdığını açıq şəkildə nümayiş etdirib və regionda sülh gündəliyini dəstəkləyən balanslı mövqe sərgiləyib. Bu, iki ölkə arasında siyasi münasibətlərin real maraqlar və qarşılıqlı etimad üzərində qurulduğunu göstərir.

“Enerji sektoru Azərbaycan–İtaliya əməkdaşlığının əsas strateji dayaqlarından biridir. Xəzər hövzəsinin enerji resursları Avropa üçün alternativ və etibarlı mənbə rolunu oynayır. Təsadüfi deyil ki, Trans-Adriatik boru kəmərinin İtaliyadakı çıxış nöqtəsi Cənub Qaz Dəhlizinin son mərhələsini təşkil edərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirir. İtaliya Azərbaycan qazının Avropaya nəqlində həm başlıca tranzit ölkə, həm də ən böyük istehlakçılardan biri kimi çıxış edir. Azərbaycanın yaşıl enerji strategiyası, xüsusilə külək, Günəş və hidrogen layihələri isə İtaliya şirkətləri ilə yeni sahələrdə əməkdaşlıq imkanlarını artırır, tərəfdaşlığın perspektivlərini genişləndirir”, - deyə deputat vurğulayıb.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri, həmçinin deyib ki, iqtisadiyyat və ticarət sahələrində İtaliya uzun illərdir Azərbaycanın Avropadakı ən böyük ticarət tərəfdaşı hesab olunur. Azərbaycanın İtaliyaya ixracının böyük hissəsini enerji məhsulları təşkil etsə də, əməkdaşlıq təkcə bu sahə ilə məhdudlaşmır. İtaliya şirkətləri Azərbaycanın sənaye, nəqliyyat, tikinti, yüksək texnologiya və digər sahələrində geniş şəkildə təmsil olunurlar. Qarabağ və Şərqi Zəngəzurun bərpasında İtaliya şirkətlərinin iştirakı Roma–Bakı münasibətlərində tamamilə yeni səhifə açıb. Bu iştirak İtaliyanın postmünaqişə dövründə regional sabitlik və inkişaf prosesinə töhfə vermək istəyini də nümayiş etdirir.

Genişlənən kommunikasiya əlaqələri və möhkəmlənən “yumşaq güc”

İşçi qrupunun sədri nəqliyyat və kommunikasiya sahəsində Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilən Azərbaycanın İtaliya üçün əlavə logistik imkanlar yaratdığına da diqqət çəkib. Qeyd edilib ki, Aralıq dənizi ilə Cənubi Qafqazı, daha sonra isə Mərkəzi Asiyanı birləşdirən marşrutlar İtaliyanın ticarət dövriyyəsinin şaxələndirilməsində mühüm rol oynayır. Bakı–Tbilisi–Qars dəmir yolu xətti və gələcəkdə Zəngəzur dəhlizinin regionda yeni logistik arteriya kimi çıxış edəcəyi ehtimalı Azərbaycanın İtaliya üçün əhəmiyyətini daha da artırır. Bu proses Roma üçün alternativ, sabit və təhlükəsiz nəqliyyat marşrutları deməkdir.

Azər Kərimli bildirib ki, humanitar və mədəni sahələrdə də Azərbaycan–İtaliya əməkdaşlığı xüsusi dinamika ilə seçilir. “Azərbaycanın İtaliyada mədəniyyət layihələri, Azərbaycanın Venesiya Biennalesində pavilyonla iştirakı, müxtəlif incəsənət layihələrinin həyata keçirilməsi iki ölkə arasında humanitar dialoqun dərin köklərə malik olduğunu göstərir. İtaliyanın mədəni irsin qorunması sahəsindəki zəngin təcrübəsinin Azərbaycanda tətbiqi xüsusilə azad olunmuş ərazilərdə bərpa işləri çərçivəsində yeni əməkdaşlıq istiqamətləri formalaşdırır. Təhsil sahəsində əlaqələrin genişlənməsi, bu ilin sentyabr ayında hər iki ölkənin prezidentlərinin iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin rəsmi açılış mərasimi, eləcə də müxtəlif humanitar təşəbbüslər ölkələrimizin “yumşaq güc” platformasının möhkəmləndiyini təsdiqləyir”, - deyən deputat vurğulayıb ki, Azərbaycan–İtaliya münasibətləri yalnız ikitərəfli maraqlara xidmət etmir, həm də daha geniş geosiyasi çərçivədə mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, Cənubi Qafqazda sülh və postmünaqişə dövrünün dəstəklənməsi, Aralıq dənizi hövzəsinin sabitliyi və Avrasiya ticarət marşrutlarının inkişafı bu tərəfdaşlığın strateji anlamını daha da gücləndirir. Azərbaycanın Cənubi Qafqazda artan siyasi çəkisi və İtaliyanın Avropa İttifaqındakı nüfuzu iki ölkənin qarşılıqlı əməkdaşlığını gələcəyin geosiyasi mənzərəsində daha da əhəmiyyətli edir.

Beləliklə, Azərbaycan ilə İtaliya arasındakı münasibətlər klassik diplomatik əlaqələrin çərçivəsini aşaraq enerji, iqtisadiyyat, siyasət, mədəniyyət, nəqliyyat və humanitar sahələri əhatə edən çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilib. Bu tərəfdaşlıq həm iki ölkənin milli maraqlarının təmin olunmasına, həm də Avropa və Cənubi Qafqaz regionlarının sabitliyinə mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri