Icma.az
close
up
RU
Azərbaycan Türkmənistan münasibətləri strateji tərəfdaşlıq modelinə çevrilib

Azərbaycan Türkmənistan münasibətləri strateji tərəfdaşlıq modelinə çevrilib

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksələn xətt üzrə davam etməkdədir. Strateji tərəfdaşlıq üzərində qurulan bu münasibətlər tarixi zirvəyə yüksəlib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.

O bildirib ki, Türkmənistan Mərkəzi Asiyanın böyük enerji ehtiyatlarına malik ölkələrindən biridir:

“Lakin uzun illər proseslərdən kənarda qalırdı. Prezident İlham Əliyevin Türkmənistanla yaratdığı əlaqələr, qarşılıqlı səfərlər bu məsələdə fərqli bir bucaq yaratdı.

Bütün bunları Prezident İlham Əliyevin region dövlətləri, o cümlədən Türkdilli dövlətlərlə qurduğu səmimi dialoqun, uğurlu siyasətin tərkib hissəsi hesab etmək olar.  

Bu yaxınlarda Prezident İlham Əliyevin dəvəti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımüəhəmmədovun Azərbaycana səfəri zamanı çox isti, əziz bir qonaq kimi qarşılandı, əsl qardaşlıq münasibəti göstərildi.

Prezident İlham Əliyevlə birlikdə Qarabağda oldu və Prezident ona “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi. Bu, böyük hörmət idi. Eyni zamanda milli kökümüz bir olan Türkmənistan xalqına və onun rəhbərinə göstərilən xüsusi diqqət idi. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkmənistana səfəri, orada Türkmənistan, Azərbaycan və Özbəkistan Respublikaları arasında yüksəksəviyyəli samitdə iştirakı, imzalanan sənədlər bir daha göstərir ki, bu münasibətlər dayanıqlı və strateji əhəmiyyət daşıyır:

“Prezident İlham Əliyev görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində bəyanatı barədə bildirdi ki, Türkmənistanla mövqelərimiz üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.

Bu, çox böyük və tarixi bir mövqedir. Yəni Türkmənistan və Azərbaycan arasındakı  münasibətlər o qədər dərindir ki, bir çox sahədə əməkdaşlıq perspektivləri qurulacaq, strateji addımlar atılaca və bu əlaqələr daha da inkişaf etdiriləcək. Bu, böyük mənada ciddi və dayanıqlı münasibətlərin qurulması və inkişafı deməkdir.

Hesab edirəm ki, Azərbaycan və Türkmənistan arasında bu əlaqələr bütün sahələri əhatə edəcəkdir. İstər iqtisadi, istər siyasi və istərsə də nəqliyyat-kommunikasiya sahələrdə də özünü gəstərəcəkdir. Xüsusilə enerji sahəsində bu əməkdaşlıq imkanları geniş spektri əhatə edəcək və Azərbaycan vasitəsi  ilə Avropa ölkələri ilə ticarət-iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinə təkan veriləcək”.

Rəfail Becanov qeyd edib ki, Türkmənistan 5 Xəzər ölkəsindən biridir:

“Böyük enerji ehtiyatlarına malikdir. Onun karbohidrogen ehtiyatı təqribən 70 milyarddan çoxdur. Lakin Avropaya çıxış imkanları məhduddur. Azərbaycan isə enerji ehtiyatlarına malik olmaqla yanaşı Asiya və Avropa arasında ən mühüm tranzit ölkədir.
Türkmənistanın Avropaya etibarlı çıxışı üçün Azərbaycanla əməkdaşlıq etməsi mühüm şərtdir. Böyük qaz ehtiyatlarına malik Türkmənistan Azərbaycan vasitəsi ilə xaricə çıxış imkanları qazanacaq. Türkmənistan qazının o cümlədən Türkiyəyə çatması üçün ən uyğun və etibarlı alternativ Azərbaycan-Xəzər marşrutudur. Bu xətt həm də türk dünyasının inkişafı üçün əhəmiyyətli bir trayektoriyadır. 

Bu baxımdan Prezident İlham Əliyevin dediyi “Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək” fikri özlüyündə çox böyük mənaya və gələcək perspektivə hesablanmış fikirlərdir. 

Azərbaycan bu gün regional lider ölkə kimi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev şəxsən dünyanın yeni nizamında xüsusi rolu olan liderlərdən biridir. Zəngəzur dəhlizi – “Tramp yolu”nun açılması ilə Azərbaycan daha böyük logistik mərkəzlərdən birinə çevriləcək və Asiyanı Avropa ilə və əksinə birləşdirəcək əsas tranzit ölkə olacaqdır”.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri