Azərbaycan və Moldovanın XİN rəhbərləri danışıqlar aparacaqlar
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy martın 6-da danışıqlar aparacaqlar.
Ölkə.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Martın 6-da Baş nazirin müavini Mixay Popşoy azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti ilə Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Moldova diplomatiyasının rəhbəri Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək, ardınca mətbuat üçün birgə bəyanat veriləcək", - məlumatda bildirilib.
Səfər proqramında həmçinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və SOCAR şirkətinin nümayəndələri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















