Icma.az
close
up
RU
Azərbaycan və özbək nağıllarının Daşkənd nəşri

Azərbaycan və özbək nağıllarının Daşkənd nəşri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, ölkələrimiz arasında münasibətlər 14-cü əsrdən başlayıb və bu gün də bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına təkan verir. Çox xoşdur ki, bu gün Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Belə kitablar vasitəsilə özbək uşaqları Azərbaycan, Azərbaycan uşaqları isə Özbəkistan haqqında bilgi əldə edirlər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alıb. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.

Qonaqlar - Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, “Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov və rəssam Nərmin Abdullayeva çıxış edərək belə layihələrin uşaqlar arasında mütaliə marağının artırılmasına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyindən danışıblar.

Qulu Kəngərli,
XQ-nin Türküstan müxbiri

Daşkənd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri