Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından dəstəyi ilə öz beynəlxalq əlaqələrini genişləndirir.

Kulis.az xəbər verir ki, oktyabrın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumu Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Yodqar Saqdıyev imzalayıblar. Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

Qeyd olunub ki, müxtəlif dünya teatrları ilə müqavilələrin imzalanması, beynəlxalq əlaqələr istiqamətində atılan addımlar teatrın prioritet istiqaməti kimi müəyyən olunub. Akademik Milli Dram Teatrı artıq Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarus Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski teatrı ilə əməkdaşlıq Memorandumları imzalayıb.

Səfər çərçivəsində İlham Əsgərov Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb. Səfir Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. Səfirə müxtəlif teatrlarla imzalanan Memorandumlar haqqında ətraflı məlumat verilib və Hüseyn Quliyev iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən, teatr əlaqələrinin gələcək inkişafı ilə bağlı səfirlik tərəfindən ən yüksək səviyyədə dəstək göstəriləcəyini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin Daşkənd şəhərində Heydər Əliyev parkında yerləşən büstü ziyarət olunub, önünə çiçək dəstələri qoyulub.

Daha sonra İlham Əsgərov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə görüşüb, mərkəzlə yaxından tanış olub. Görüş zamanı müzakirələr aparılıb və 2026-cı ildə Mədəniyyət Mərkəzi və Akademik Milli Dram Teatrı arasında müxtəlif istiqamətli maarifləndirici ustad dərslərini özündə əhatə edən tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Oktyabrın 25-də isə Özbəkistan Akademik Milli Dram Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanan özbək aktyorlarının ifasında tamaşa nümayiş olunub, Özbəkistan Musiqili Teatrının direktoru Əzim Mullaxanovla görüş olub.

Daha sonra Özbəkistanın qədim şəhərlərindən olan Səmərqənd şəhərinə səfər edilib. İlham Əsgərov Səmərqənd Musiqili Dram Teatrının direktoru İsgəndər Sultanovla görüşüb, Əmir Teymurun, Özbəkistanın ilk prezidenti İslam Kərimovun və Xoca Daniyarın məqbərələri ziyarət olunub.

Qeyd edək ki, 2026-cı ildə iki teatr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulub.

Fironun məzarı yenidən ziyarətə açıldı Bədii qiraət müsabiqəsi elan edilir Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri