Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan və Pakistanın tarixi mədəni irsini əks etdirən kitablar təqdim olunub

Azərbaycan və Pakistanın tarixi mədəni irsini əks etdirən kitablar təqdim olunub

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimat mərasimi keçirilib.

525.az-a bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərindən, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafından və bu istiqamətdə Akademiyanın həyata keçirdiyi layihələrdən danışıb. Akademik qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlərin qurulmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr qardaşlıq səviyyəsinə yüksəlib və hazırda əməkdaşlıq bütün sahələr üzrə uğurla davam etdirilir.

O, AMEA-da Pakistanın tarixinin, dilinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində tədqiqatlar aparan elmi müəssisələrdən söz açaraq, Ədəbiyyat İnstitutunun Asiya xalqları ilə bağlı elmi tədqiqatlarının və Pakistan Mərkəzinin fəaliyyətinin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Mərkəzdə Azərbaycan və Pakistan tədqiqatçıları üçün hər iki ölkənin tarixi, dili və mədəniyyətinin araşdırılması istiqamətində geniş imkanlar yaradılıb. AMEA prezidenti Akademiyanın elmi əməkdaşlıqda Pakistan Ədəbiyyat Akademiyasının mühüm rolu olduğunu söyləyib. O, Akademiyanın rəhbəri, professor Nəcibə Arifin bu yaxınlarda AMEA-nın qonağı olduğunu, birgə tədbirlərdə iştirak etdiyini, tərəflər arasında müştərək nəşrlərin hazırlandığını və beynəlxalq konfransların təşkil olunduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, həmçinin Pakistanın bir sıra digər elmi-tədqiqat müəssisəsi və universitetləri ilə də əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini bildirib.

Sonra Pakistan Milli Kitab Fondunun direktoru Murad Ali Mohmand çıxış edərək iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, xalqların bir-birinə daha da yaxınlaşmasında ədəbiyyatın, kitab nəşrinin və qarşılıqlı tərcümələrin mühüm rol oynadığını bildirib: “Hər iki ölkənin tarixini, mədəniyyətini və ədəbi irsini əks etdirən nəşrlər qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Pakistan Milli Kitab Fondunun əsas məqsədi kitab mədəniyyətini və ədəbiyyatı inkişaf etdirmək, mütaliəni təşviq etməkdir. Fondda Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş guşənin yaradılması iki ölkə arasındakı qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan ədəbiyyatının urdu dilinə tərcüməsi və nəşri xalqlarımızın bir-birini daha yaxından tanımasına, dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir”.

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, professor Bədirxan Əhmədov və həmin institutun baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva çıxış edərək Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin inkişafında kitab nəşrlərinin və tərcümə fəaliyyətinin əhəmiyyətindən, iki xalqın tarixi və mədəni irsinin qarşılıqlı tanıdılmasında bu nəşrlərin rolundan bəhs ediblər.

Təqdimat mərasimində AMEA tərəfindən Pakistanla bağlı 2021-2026-cı illərdə Azərbaycan dilində çap olunmuş “Sultan Bahu. Fəryad eylə ey könül…”, “Məhəmməd İqbal. Seçilmiş əsərləri”, “Pakistan: qısa tarixi-siyasi oçerklər” və Azərbaycanla bağlı Pakistanda urdu dilində nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, “Cəlil Məmmədquluzadə”, “Kitabi-Dədə Qorqud dastanı” və s. kimi əsərlər nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri