Azərbaycan və Səudiyyə Ərəbistanı bank sektorunda innovativ texnologiyaların tətbiqini müzakirə edib
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Səudiyyə Ərəbistanının Mərkəzi Bankları arasında innovativ texnologiyaların tətbiqi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Əl-Ula şəhərində keçirilən konfransda iştirak çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humudla görüşdük. Görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Baxış sayı:114
Bu xəbər 18 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















