Icma.az
close
up
RU
Azərbaycan Səudiyyə Ərəbistanı: Enerji sektorunda güclü əməkdaşlıq potensialı

Azərbaycan Səudiyyə Ərəbistanı: Enerji sektorunda güclü əməkdaşlıq potensialı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda geniş İslam coğrafiyasına daxil olan ölkələrlə əlaqələri qarşılıqlı maraqlar əsasında daha da dərinləşdirmək xətti xüsusi yer tutur. İslam dünyası ilə Azərbaycanı bağlayan amillər çoxdur. Burada tarixi bağların, milli-mənəvi dəyərlərin, etiqad birliyinin önəmini xüsusi vurğulaya bilərik. Hazırda nümunəvi inkişaf modelinə malik olan respublikamız dünyada İslam həmrəyliyinin güclənməsinə davamlı töhfələr verir ki, bu da dost ölkələrdə Azərbaycana böyük nüfuz və hörmət qazandırıb.

Azərbaycanın müxtəlif istiqamətlərdə sıx əlaqələr qurduğu İslam ölkələrindən biri də Səudiyyə Ərəbistanıdır. Elə bu günlərdə Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib və bir sıra aktual məsələlər ətrafında səmərəi müzakirələr aparılıb.

İki dost ölkə arasında geniş iqtisadi gündəlik var

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iki dost ölkə arasında geniş iqtisadi gündəlik formalaşıb. Xüsusilə də kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Ticarət sahəsindəki əlaqələr daha sürətlə genişlənir. Eyni zamanda, bu ölkə Qarabağda bərpa-quruculuq, minatəmizləmə işlərinə öz töhfəsini verir.

Cari ilin aprel ayında ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclası keçirilib. Bu iclasın nəticələrinin reallaşdırılmasından gözləntilər böyükdür. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb. Böyük həcmlərdə investisiya qoyuluşu ikitərəfli iqtisadi əlaqələrə daha güclü təkan verə bilər. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə bir sıra müqavilələr imzalanıb. Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlər təqdim olunur.

Eyni zamanda, “Saudi Vision 2030” hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir. Azərbaycanın tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar “Saudi Vision 2030” hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər.

Son vaxtlarda turizm sektoru ikitərəfli iqtisadi əlaqələrin daha dinamik inkişaf edən istiqamətlərindən birinə çevrilib. 2024-cü ildə Azərbaycana 100 mindən çox səudiyyəli turistin gəlməsi məmnunluq doğurur.  Bu rəqəm 2023-cü illə müqayisədə 31 faizdən çox artım deməkdir. Bu dinamika Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici destinasiyaya çevrildiyini və turizm strategiyalarının uğurlu nəticə verdiyini göstərir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərinin mövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbət təsir göstərir.

Əməkdaşlığın prioritet istiqaməti - səmərəli enerji dialoqu

Səmərəli enerji dialoqu dost ölkələr olan Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Yuxarıda bəhs olunan görüşdə nazir Pərviz Şahbazovun şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşündə OPEC+ formatı, eləcə də ikitərəfli formatda enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.

Söhbət zamanı yaşıl enerji tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 qiqavat gücündə külək enerjisi və digər bərpaolunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.

İki ölkə arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın böyük perspektivləri var. Ötən ilin noyabr ayında respublikamızın uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb. İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur. Bəhs olunan layihələr iki dost ölkə arasında enerji əməkdaşlığının perspektivləri üçün geniş imkanlar açır.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri