Azərbaycan və Sloveniya arasında əməkdaşlıq haqqında iki sənəd imzalanıb
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində imzalanmış ticarət sazişi Sloveniya və Azərbaycan iqtisadiyyatlarının rəqəmsallaşdırılmasının müxtəlif istiqamətlərində əməkdaşlığın inkişafına təkan verəcək.
Ölkə.az xəbər verir ki, bu barədə “SPIRIT Slovenia” agentliyinin beynəlmiləlləşmənin təşviqi sektorunun rəhbəri Tanya Drobniç (Tanja Drobnič) Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu zamanı bildirib.
Onun sözlərinə görə, Sloveniya və Azərbaycan arasında xidmət və məhsulların geniş spektrinin həyata keçirilməsi imkanı mövcuddur.
"Ölkələrimizin sənayesinin rəqəmsallaşdırılması birgə inkişaf üçün böyük fürsətdir. Bu gün Sloveniyanın “Kontron” şirkəti ilə Azərbaycanın “Bestcomp” şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumu, şübhəsiz ki, hər iki ölkənin iqtisadiyyatlarının rəqəmsallaşdırılması sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi yolunda mühüm addım olacaq", - T.Drobniç vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















