Icma.az
close
up
RU
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub

Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

Bakıda Azərbaycan və Sloveniya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanla Sloveniya arasında dostluq münasibətləri əsasında əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair 12 sənəd imzalandığını, parlamentlərarası dialoq üzrə işçi qruplarının münasibətlərimizin inkişafında mühüm rolunu qeyd edib.

Anar Əliyev İkinci Dünya müharibəsi zamanı Sloveniyada faşizmə qarşı döyüşmüş Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin – Mixaylonun irsinin xalqlarımız arasında dostluğun güclü simvolu olduğunu qeyd edib. İki ölkə arasında ticarət dövriyyəsində bu ilin ilk iki ayında 67 faiz artım olduğunu bildirən nazir ötən dövrdə 7 Azərbaycan-Sloveniya biznes-forumunun keçirildiyini diqqətə çatdırıb. O, əmək və məşğulluq sahələrində əməkdaşlığın inkişafı üçün də böyük potensialın olduğunu bildirib. Nazir təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və s. sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin əlaqələrin inkişafında önəmini, hazırki iclasın yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon iki ölkə arasında dostluq münasibətlərini qeyd edib. O, qarşılıqlı maraq doğuran çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi aparılan işlərin məmnunluq doğurduğunu və dövlətlərimiz arasında ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

Birgə İşçi Qrupunun Sloveniya tərəfindən rəhbəri, Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye ikitərəfli əlaqələrin davamlı inkişafı üçün səylə çalışdıqlarını, hazırkı iclasda müzakirə olunacaq məsələlərin əməkdaşlıq sahələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib.

İclasda Azərbaycan və Sloveniyanın müxtəlif qurumlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar edilib. İkitərəfli əməkdaşlığın gündəliyinə, iqtisadi-ticarət, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, İKT, idman, turizm, investisiya sahələrində əməkdaşlığının genişləndirilməsinə, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Müzakirələrdən sonra Birgə İşçi Qrupunun Azərbaycan və Sloveniya tərəfindən həmsədrləri – Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanin İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye iclasın yekunlarına dair Protokolu imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri