Nazir idmançılarla görüşdü
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 2-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Nazir Fərid Qayıbov çıxışında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, oktyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 17 ölkədə səsləndirilib.
İdmançılarımız ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar.
Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.
Görüşdə nazir Fərid Qayıbovun mentoru olduğu, “Yüksəliş” müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadə də iştirak edib.
Baxış sayı:60
Bu xəbər 03 Noyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















