Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə məktəbliləri Çanaqqalaya səfər edib

Azərbaycan və Türkiyə məktəbliləri Çanaqqalaya səfər edib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi “Qardaşlıq və tarix: Çanaqqala görüşü” layihəsi çərçivəsində Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyinin, İğdır Azərbaycan Evinin, İğdır Valiliyinin təşkilatçılığı, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən 5-ə kimi Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi iğdırlı məktəblilərlə birlikdə Çanaqqala şəhərində bir neçə proqrama qatılıb. Orada yerləşən Troya antik şəhərini, “Çimenlik” qalasını, Şəhidlər xiyabanlarını, 1915-ci il Çanaqqala döyüşlərində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və digər yerləri ziyarət ediblər.

Məktəblilər əvvəlcə İğdır Azərbaycan Evində olublar. İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Azərbaycan Evinin 2021-ci ildə rəsmi açılış mərasiminin keçirilməsi ilə fəaliyyətə başladığını qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşəbbüsü ilə yaradılan İğdır Azərbaycan Evində Türkiyə və Azərbaycanın milli və dövlət bayramlarının, əlamətdar günlərinin qeyd olunduğunu, müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şərqi Anadoluda etnik azərbaycanlıların milli özünəməxsusluğunu qoruyub saxlaması istiqamətində bir çox mədəni və digər məzmunlu tədbirlərin keçirildiyini vurğulayıb.

“18 mart 1915-ci ildə Çanaqqala döyüşündə türk, müsəlman və vətən uğrunda canından keçən 253 min mehmetçiklə bərabər 3 mindən çox Azərbaycan əsgəri şəhid olub. Bu savaşda azərbaycanlıların duyğu və mənəvi bütövlüyü həmrəylik ruhu baxımından son dərəcə əhəmiyyətlidir” - deyə Ziya Zakir Acar qeyd edib.

Qeyd edək ki, layihə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi tədbirləri çərçivəsində həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri