Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə məktəbliləri Çanaqqalaya səfər edib Fotolar

Azərbaycan və Türkiyə məktəbliləri Çanaqqalaya səfər edib Fotolar

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi “Qardaşlıq və tarix: Çanaqqala görüşü” layihəsi çərçivəsində Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyinin, İğdır Azərbaycan Evinin, İğdır Valiliyinin təşkilatçılığı, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən 5-ə kimi Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi iğdırlı məktəblilərlə birlikdə Çanaqqala şəhərində bir neçə proqrama qatılıb. Orada yerləşən Troya antik şəhərini, “Çimenlik” qalasını, Şəhidlər xiyabanlarını, 1915-ci il Çanaqqala döyüşlərində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və digər yerləri ziyarət ediblər.

Məktəblilər əvvəlcə İğdır Azərbaycan Evində olublar. İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Azərbaycan Evinin 2021-ci ildə rəsmi açılış mərasiminin keçirilməsi ilə fəaliyyətə başladığını qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşəbbüsü ilə yaradılan İğdır Azərbaycan Evində Türkiyə və Azərbaycanın milli və dövlət bayramlarının, əlamətdar günlərinin qeyd olunduğunu, müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şərqi Anadoluda etnik azərbaycanlıların milli özünəməxsusluğunu qoruyub saxlaması istiqamətində bir çox mədəni və digər məzmunlu tədbirlərin keçirildiyini vurğulayıb.

“18 mart 1915-ci ildə Çanaqqala döyüşündə türk, müsəlman və vətən uğrunda canından keçən 253 min mehmetçiklə bərabər 3 mindən çox Azərbaycan əsgəri şəhid olub. Bu savaşda azərbaycanlıların duyğu və mənəvi bütövlüyü həmrəylik ruhu baxımından son dərəcə əhəmiyyətlidir” – deyə Ziya Zakir Acar qeyd edib.

Qeyd edək ki, layihə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi tədbirləri çərçivəsində həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see204

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see190

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see144

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri