Icma.az
close
up
RU
Naxçıvan məktəbliləri Çanaqqalaya səfər ediblər

Naxçıvan məktəbliləri Çanaqqalaya səfər ediblər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi “Qardaşlıq və tarix: Çanaqqala görüşü” layihəsi çərçivəsində Türkiyənin Çanaqqala şəhərinə səfər edib. Məlumatı Diasporla İş Üzrə Dövlət Komitəsi verib. 

İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyinin, İğdır Azərbaycan Evinin, İğdır Valiliyinin təşkilatçılığı, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən 5-ə kimi Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi iğdırlı məktəblilərlə birlikdə Çanaqqala şəhərində bir neçə proqrama qatılıb. Orada yerləşən Troya antik şəhərini, “Çimenlik” qalasını, Şəhidlər xiyabanlarını, 1915-ci il Çanaqqala döyüşlərində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və digər yerləri ziyarət ediblər.

Məktəblilər əvvəlcə İğdır Azərbaycan Evində olublar. İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Azərbaycan Evinin 2021-ci ildə rəsmi açılış mərasiminin keçirilməsi ilə fəaliyyətə başladığını qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşəbbüsü ilə yaradılan İğdır Azərbaycan Evində Türkiyə və Azərbaycanın milli və dövlət bayramlarının, əlamətdar günlərinin qeyd olunduğunu, müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şərqi Anadoluda etnik azərbaycanlıların milli özünəməxsusluğunu qoruyub saxlaması istiqamətində bir çox mədəni və digər məzmunlu tədbirlərin keçirildiyini vurğulayıb.

“18 mart 1915-ci ildə Çanaqqala döyüşündə vətən uğrunda canından keçən 253 min türk mehmetçiklə bərabər 3 mindən çox Azərbaycan əsgəri də şəhid olub. Bu savaşda azərbaycanlıların duyğu və mənəvi bütövlüyü həmrəylik ruhu baxımından son dərəcə əhəmiyyətlidir” - deyə Ziya Zakir Acar qeyd edib.

Qeyd edək ki, layihə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi tədbirləri çərçivəsində həyata keçirilib.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri