Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə ortaq hədəflərə doğru qətiyyətlə addımlayır ANALİZ

Azərbaycan və Türkiyə ortaq hədəflərə doğru qətiyyətlə addımlayır ANALİZ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən, 5 mart 2025-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm görüş keçirilib. Bu görüş iki qardaş ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.

Görüş zamanı liderlər siyasi, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin regional və beynəlxalq məsələlərdə birgə mövqelərin müəyyənləşdirilməsi mövzularını müzakirə ediblər. Xüsusilə, enerji layihələrinin icrası və nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. 

Prezidentlər, həmçinin, mədəniyyət və təhsil sahələrində əlaqələrin gücləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və xalqlar arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Bu görüş, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.


Politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixin sınaqlarından keçmiş güclü dostluq və strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə qədər yüksəlməklə geniş yol xəritəsini özündə ehtiva edən unikal bir model yaradıb:


“İstisnasız olaraq qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərin inkişaf mərhələlərində ikinci Qarabağ müharibəsi önəmli dönüm nöqtəsi hesab oluna bilər. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı bütün addımları ilk gündən dəstəkləyən və hər addımızda yanımızda olan Türkiyə belə həssas və çətin mərhələdə əsl dost və qardaş dövlət nümunəsini bütün dünyaya bariz şəkildə sübut etmiş oldu. Eləcə də, “əsrin fəlakəti” olaraq qəbul edilən zəlzələ zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi münasibət məhz elə eyni xarakterdən olan münasibətlərin, yəni dostluğun və qardaşlığın təcəsssümüdür.

İki dövlət arasında imzalanmış Şuşa bəyannaməsi ilə münasibətlər artıq fərqli bir mərhələyə keçdi. Bütün strateji istiqamətlərdə qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarını tamamlayan bu Bəyannamə ilə müttəfiqlik əlaqələrimiz rəsmiləşdirildi.  Hərbi sahədə əməkdaşlığı və təhlükəsizlik məsələsinə dair bəndlər bütün xarici təhdidlərə qarşı qaşılıqlı zəmanət olaraq ifadə edildiyi üçün bilinən və bilinməyən düşmənlərimizə qarşı çəkindirici amilə çevrilmiş oldu. Bəyannamənin imzalanmasından ötən dörd il ərzində Azərbaycan və Türkiyə münasibətləri ortaq hədəflər istiqamətində qətiyyətli addımlarla müşayiət olunmuş, eləcə də önəmli bir çox layihələr həyata keçirilmişdir”.


Ekspert qeyd edib ki, tarixi təcrübədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələrin uğurlu şəkildə icra olunması gələcək layihələrin uğurluluq zəmanəti olaraq nəzərdən keçirilə bilər:

“Xüsusilə də, Qarabağın dirçəlişində bizimlə birlikdə qardaş Türkiyənin bir çox şirkətləri çox böyük işlər görürlər. Cənab Prezident 5 mart tarixində Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirakı zamanı ikitərəfli münasibətlərdəki qarşılıqlı etimadın və görülən işlərin önəmini vurğulayaraq bildirmişdir ki, “Bugün Türkiyə və Azərbaycan, iki qardaş ölkə nəhəng layihələr reallaşdırır.” 

Artıq Azərbaycan və Türkiyə müttəfiqliyi ümumi Türk dünyasının səsi olaraq qlobal sistemdə önəmli təsir gücünə malikdir. Məhz ona görə də, dövlət başçımız Türkiyə və Azərbaycan arasındakı birlik və qardaşlığın bütün Türk dünyasına töhfə olduğunu bildirmişdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Mart 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri