Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin görüşü keçirilib

Azərbaycan və Türkiyə parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin görüşü keçirilib

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev aprelin 16-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Arzu Nağıyev bildirib ki, mütəmadi həyata keçirilən komitələrarası görüşlər təqdirəlayiq haldır. O, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinin mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət etdiyini deyib, dost və qardaş ölkələrimizə qarşı olan hər hansı bir təhdidin, təhlükənin qarşısını almaq üçün birgə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Komitə sədri cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətinin Azərbaycanın milli maraqlarının və suverenliyinin qorunmasına, regionda və dünyada sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində parlamentilərimizn üzərinə düşən vəzifələrdən danışıb.
Göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hulusi Akar deyib ki, onlar hər səfərlərində Azərbaycandan böyük məmnuniyyət və ruh yüksəkliyi ilə ayrılırlar. Ölkələrimiz və xalqlarımız arasındakı birliyin önəmini vurğulayan Hulusi Akar kənar qüvvələrdən gələn təhdidlərin qarşısını almaq, təhlükəsizliyi təmin etmək, vətəndaşların rifahını qorumaq üçün müvafiq tədbirlərin alınmasının vacibliyini qeyd edib.
İclasda Milli Məclisin deputatları - Aydın Mirzəzadə, Səbinə Salmanova, habelə TBMM millət vəkilləri Refik Özen, Zuhal Karakoç Dora, Abdürrahim Dusak və Aşkın Genç çıxış ediblər, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi barədə fikirlərini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri