Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin görüşü keçirilib AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr Komissiyasının sədri Fuat Oktay, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Gürcüstan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Nikoloz Samxaradze iştirak ediblər.
Görüşdə Fuat Oktay qeyd edib ki, müzakirələrin gündəliyinə ikitərəfli münasibətlər və regional proseslər, eləcə də birgə layihələrin həyata keçirilməsi mövzuları daxildir. “Biz davam edən birgə layihələri başa çatdırmağa çalışırıq və əməkdaşlığın yeni yollarını müəyyənləşdirməyə hazırıq”, - deyə Türkiyə parlament komissiyasının rəhbəri bildirib.
Görüş mətbuata qapalı rejimdə davam edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















