Icma.az
close
up
RU
Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük Turançılıq

Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük Turançılıq

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

3 May dünyadakı türklərin hər il qeyd etdiyi Türkçülük Günüdür.


Adalet.az xəbər verir ki, türkçülüyün təməli 1277-ci ildə 3 mayda Karamanoğlu Mehmet bəy imzaladığı fərmanla qoyuldu. Fərmana görə, hər yerdə ancaq Türk dilindən danışılacaq, yazılacaqdı. Türküçülüyün daşıyıcıları isə proseslərə 1942-ci ildən başlayıb.
Həmin dövrdə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başladı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər.


İrqçilik iddiası ilə Sabahattin Ali tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində - 3 may 1944-cü ildə böyük etiraz nümayişi olub. Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar olub.
İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla, 10 məhkum tərəfindənTophane Hərbi həbsxanasında qeyd edilib.

1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir.
İllər sonra Atsız həmin günlər haqqında yazırdı:“3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.
3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.
Türkçülüyün mahiyyəti

Fəlsəfə doktoru Vahid Ömərov məqaləsində yazır: Türkçülüyün görkəmli ideoloqlarının biri Ziya Göyalp yazır: “Turan” və ya “turlar”, “türklər” - bu bütün türkləri birləşdirən ümumi bir addır. “Turan” sözündən özündə bütün türk tayfalarını birləşdirən Böyük Türküstana münasibətdə istifadə etmək olar... Turan - bu, bütün türklərin ümumi adıdır. Bununla birlikdə o yazır ki, “panturanizm” - utopiyadır. “Turan” - bu, keçmişdə və ola bilsin ki, gələcəkdə də bütün türklərin böyük vətənidir. Turanlılar - bu, yalnız türk dilində danışan xalqlardır. Bəs türkçülük nədir? Ziya Göyalp ona aşağıdakı anlaşmanı verir: “Türkçülük - türk xalqlarının yüksəlişini bildirən bir məfhumdur.
Bunun dərk edilməsində o, 3 elemeti ayırır:
1. Türkçülük;
2. Oğuzçuluq və ya Türkmənçilik;
3. Turançılıq.

Turançılığa o, türkçülüyün uzaq, keçmiş idealı kimi baxır.
Azərbaycanda türkçülük

Türkçülük Günü Azərbaycanda da populyardır. Doktor Vahid Ömərov məqaləsində ən böyük Azərbaycanlı türkçüləri belə qeyd edib: "XX əsrin əvvəllərində milli ideyanın milli ideologiyaya çevrilməsində mühüm rol oynayan türkçülük və islamçılıq, müasirliklə yanaşı, azərbaycançılıq ideyasını da irəli sürən iki böyük şəxsiyyət C.Məmmədquluzadə və M.Ə.Rəsulzadə idi.
C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında və öz əsərlərində azərbaycançılığı vəcdlə təbliğ edirdi. Kökü uzun əsrlərdən gələn azərbaycançılıq ideyalarının XX əsrin əvvəllərində yeni təkanla üzə çıxması “Molla Nəsrəddin”in fəaliyyəti ilə bağlıdır".

Vahid müəllim digər məşhurların da  bu ideyaya xidmətini belə dəyərləndirir: "Azərbaycanın Cənuba və Şimala, xanlıqlara parçalanması, vahid milli şüurun və milli ideologiyanın təşəkkülünə əngəl oldu. Azərbaycançılıq ideologiyası bu dövrdə Şərq və Qərb dəyərlərinin sintez şəklində təzahür etdi. Ənənəvi Şərq ideologiyalarından gələn nur, ürfan, kamal zəka, bəşərilik və maarifçiliyin üzvi vəhdətindən ibarət olan Azərbaycan ideologiyası türkçülük, islamçılıq, avropaçılıq və azərbaycançılıqla qovuşdu.

Bu dövrün ideologiyasında cəmiyyət, insan, mənəviyyat, milli-mənəvi dəyərlər ön plana çəkildi. XIX əsrin sonları, XX əsrin əvvəllərində fəaliyyət göstərən ideoloqların yaradıcılıqları sayəsində milli ideologiya formalaşdı. XIX əsrdə iki böyük türkçü M.F.Axundzadə və İsmayıl bəy Qaspiralı öz “Tərcüman”ı ilə türkçülüyü təbliğ edir, XX əsrin əvvəllərində isə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və Ə.Topçubaşov uzun illər boyu hakim olan sünnilik və şiəlik anlaşılmazlıqlarını ortadan qaldıraraq, türkçülük və islamçılıq fikirləri ətrafında bütün azərbaycanlıları toplamağa çalışdılar. Onların hər birinin yaradıcılığında milli azadlıq uğrunda imperiyaya qarşı mübarizə aparıcı yer tuturdu.

Əlbəttə, dünyada bənzəri olmayan imperiya senzurasını aşıb, birbaşa milli-azadlıq ideyasını təbliğ etmək qeyri-mümkün idi. Ona görə də, qeyd etdiyimiz ziyalıların əksəriyyətinin əsərlərində azərbaycançılıq ideyaları önə çəkilirdi. Ə.Ağaoğlu xalqı islam ideyaları ətrafında cəmləşdırməkdən tutmuş milli olmağa qədər bütün üsulları məqbul sayırdı”

V.Ömərov daha sonra yazır:”Ə.Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetində “Türklər kimdir və kimlərdən ibarətdir” adlı silsilə məqalələrlə çixış edib. Bu yazıda o, türk dünyası, onun tarixi coğrafiyası, digər türk xalqları haqqında məlumatlar verib. Orxon-Yenisey yazılarından, qədim türk “runlarından”, onları kəşf edən Vilhelm Tomsendən, “Kutadqu-Bilik” əsərini kəşf edən G.Vamberi haqqında yazıb. Məqalələrdə dünyanın bir sıra görkəmli türkşünaslarının adını və onların tədqiqatlarının mahiyyətini açır. Onlardan V.Radlov, G.Vamberi, Uyfalvun Şarl Ecen, V.Tomsen, Deqin Cozef, Q.Venqler, Şəmsəddin Sami, Nəcib Asim və başqaları əhatə olunub. Bir ona heyifislənmək olar ki, əgər hələ 100 il bundan əvvəl bu adlar və onların tədqiqat obyektləri olan türk abidələri azərbaycanlıların yaddaşına gətirilmişdisə, o zaman niyə onlar elmimizdə genişmiqyaslı tədqiqat obyekti olmadılar? Təəssüf!..

Beləliklə, Ə.Hüseynzadənin türkçülükdə göstərdiyi xidmətlər ondan ibarətdir ki, o, Azərbaycan gerçəkliyində ilk dəfə olaraq dünyada mövcud olan türk xalqlarının, başqa millətlərdən olan görkəmli türkşünasların, milliyyətcə türk türkşünaslarının, qədim türk yazılarının, xüsusən də, Orxon-Yenisey yazılarının, türk maddi-mədəniyyət abidələrinin, türk etnoqrafıyasının, böyük türklərin:

Alp Ər Tonqanın, Gültəkinin və Bilgə xaqanlarının adlarını sevə-sevə qələmə alıb, türk yazı sistemlərinin, yəni əlifbaların (türk runları və uyğur əlifbası), türk dillər qrupunun və ona qohum olan dillərin, qədim türk din və məzhəblərinin sistemli təsvirini verib. Ə.Hüseynzadə bir vacib məsələni də qaldırıb ki, türk islamı qəbul edərək ərəbləşmədi, öz milli mahiyyətini və dilini saxladı. Bütün dünya dinlərindən türk həyat tərzinə, türk təfəkkürünə və türk dilinə ən yaxın və yararlı islam dini olduğunu təkid edir və xüsusi vurğulayır ki, türk məhz islamda özünü türk saya bilir”


Qeyd edək ki, 70 illik sovet işğalı müddətində “türk” kəlməsi leksikonumuzdan tamamilə silindi. Yalnız müstəqilliyimizi əldə etdikdən sonra ucadan “türk” sözü deyə bildir. Beləki, 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi lider Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında Əbülfəz Elçibəylə bərabər çıxış etmiş, bərabər olaraq türkçilərin özəl işarəti hesab olunan Bozqurd işarəti ilə toplananları salamlamışlar.

P.S.  TURAN qurulacaq!


Əntiqə Rəşid

 (Yazarın arxivi - 2021)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 May 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri