Azərbaycan və Türkiyəyə qarşı qara təbliğat aparılır
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bölgədə baş verən son hadisələri nəzərə alaraq, bəzi platformalarda, xüsusən də sosial mediada Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanın özünü hədəf alan həddindən artıq dezinformasiya və təxribatı ehtiva edən paylaşımlar müşahidə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Agentliyi (DMA) yayıb.
Bildirilib ki, sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan, təkcə bu gün deyil, keçmişdə də dəfələrlə üzləşdiyi sınaqlardan uğurla çıxıb: "Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlik səviyyəsində aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə "Bir Millət, İki Dövlət" şüarı altında həyata keçirilir.
İctimaiyyətdən məqsədlərindən kənara çıxan və bu qardaşlığa zərər verə biləcək açıqlamalara, dezinformasiyalara və qarayaxma kampaniyalarına qarşı daha həssas olmaları və Türkiyə və Azərbaycan hakimiyyətlərinin vacib məsələlərlə bağlı verdiyi açıqlamaları nəzərə almaları xahiş olunur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 07 Mart 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















