Icma.az
close
up
RU
Azərbaycan xalçalarından ilhamlanan moda nümayişi keçirilib FOTO

Azərbaycan xalçalarından ilhamlanan moda nümayişi keçirilib FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Xalça Muzeyində "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" adlı moda nümayişi keçirilib.

Modern.az xəbər verir ki, Alena Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.

Direktor layihəyə qoşulan dizaynerlərə təşəkkürünü bildirərək deyib: "İlk dəvətimizdən etibarən böyük həvəslə bu təşəbbüsə qoşuldular və altı ay ərzində Azərbaycan Milli Xalça Muzeyinin kollektivi ilə çiyin-çiyinə çalışdılar. Fondlarımızda araşdırmalar apardılar, qədim xalça nümunələrini öyrəndilər və bu gün təqdim olunan kolleksiyalar məhz həmin zəhmətin uğurlu nəticəsidir".

Ə.Məlikova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən keçirilən tədbir görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında vurğulayıb ki, Azərbaycan xalçası əsrlər boyu xalqımızın estetik zövqünü, dünyagörüşünü, həyat tərzini və mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Onun sözlərinə görə, hər bir naxış, rəng çaları və kompozisiya yalnız bədii element deyil, həm də tariximizin, milli kimliyimizin və mədəni yaddaşımızın daşıyıcısıdır.

Nazir müavini bildirib ki, milli irsin yaşadılması təkcə onun qorunması ilə deyil, həm də müasir dövrün dili ilə yenidən təqdim olunması ilə mümkündür. Bu baxımdan yaradıcı sənaye sahələrinin, xüsusilə dizayn və modanın milli irsin təbliğində rolu getdikcə artır. O qeyd edib ki, təqdim olunan kolleksiyalar ənənə ilə innovasiyanın vəhdət təşkil etdiyi zaman milli irsin yeni nəfəs qazandığını, daha geniş auditoriyaya çatdığını və aktuallığını qoruduğunu bir daha nümayiş etdirir.

Daha sonra layihə üçün xüsusi hazırlanmış videoçarx nümayiş olunub.

Layihə Azərbaycan xalqının zəngin milli-mədəni irsinin müasir moda dili ilə təqdimatına həsr olunub və ölkənin tanınmış modelyer-dizaynerlərini vahid yaradıcı platformada bir araya gətirib.

Moda nümayişində Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, milli ornamentlər və qədim simvollar müasir estetik baxış prizmasından təqdim edilib. Layihənin əsas ilham mənbələrindən biri bu il 120 illik yubileyi qeyd olunan görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun zəngin yaradıcılığı olub. Dizaynerlər onun yaratdığı xalça kompozisiyalarını, naxışlarını, rəng harmoniyasını və bədii-estetik prinsiplərini müasir geyim kolleksiyalarında yaradıcı şəkildə əks etdiriblər.

"Fashion Show" çərçivəsində 14 peşəkar modelyer-dizayner – Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədova, Yeganə Sadıqova, Mətanət Bayramova, Xəyalə Məsimova, Səbinə Zülalova, Leyla Babazadə, Günay Əliyeva, Şəbnəm Bayramova, Əcəmi Azər, Kübra Nuriyeva, Afaq İsmayılzadə və Xəyalə Bayramovanın hazırladığı ümumilikdə 116 geyim nümayiş etdirilib.

Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi, həmçinin bu irsin müasir təqdimat formaları vasitəsilə daha geniş auditoriyaya çatdırılmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri