Bakıda “Buça” filminin nümayişi keçirilib FOTO
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda “Buça” filminin nümayişi keçirilib.
APA xəbər verir ki, tədbir Ukrayna və Polşa səfirlikləri tərəfindən təşkil edilib.
Filmin nümayişində diplomatlar, media nümayəndələri və digər şəxslər iştirak edib.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Buça qətliamı barədə məlumat verib: “Buça 31 mart 2022-ci ildə azad olundu. Mən elə ilk gün Buçaya getdim və küçələrdə onlarla meyit gördüm. O mənzərənin nə qədər faciəli olduğunu təsəvvür belə edə bilməzsiniz”.
O, Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib: “Azərbaycan bu dəhşətli işğalın ilk günlərindən etibarən humanitar dəstək göstərib. Biz bunu çox yüksək qiymətləndiririk və tariximizin ən qaranlıq dövründə uzadılan o qardaşlıq əlini heç vaxt unutmayacağıq”.
Daha sonra filmə baxış keçirilib.
“Buça” filmi real hadisələr əsasında, Rusiya qüvvələrinin nəzarəti altında qalmış ərazilərdə yaşayan ukraynalı mülki şəxslərin faciəli taleyini əks etdirir.
Film 2024-cü ildə ukraynalı rejissor Stanislav Tiunov tərəfindən çəkilib. Filmdə baş rolu polşalı aktyor Sezariy Lukaşeviç ifa edir. Filmin musiqisinin müəllifi azərbaycanlı bəstəkar İsa Məlikovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Mart 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















