Icma.az
close
up
RU
Azərbaycan xalqı öz taleyini özü müəyyənləşdirmək gücünə sahibdir Aydın Mirzəzadə

Azərbaycan xalqı öz taleyini özü müəyyənləşdirmək gücünə sahibdir Aydın Mirzəzadə

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"18 oktyabr təkcə tariximizin dönüş nöqtəsi deyil, həm də xalqımızın azadlıq, milli kimlik və dövlətçilik iradəsinin təntənəsidir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin plenar iclası zamanı çıxışında Aydın Mirzəzadə deyib.

O bildirib ki, əgər o dövrdə Ümummilli Lider Heydər Əliyev kimi uzaqgörən bir lider dövlət idarəçiliyində olsaydı, bəlkə də müstəqilliyimizin təməli daha erkən və daha möhkəm şəkildə qoyula bilərdi. Lakin tarix bizə göstərdi ki, Azərbaycan xalqı öz taleyini özü müəyyənləşdirmək gücünə sahibdir. 1991-ci ildən başlayaraq bu yolda çətin, lakin şərəfli mərhələlər keçdik: "Azərbaycan xalqı dəyərli bir siyasi iradəyə çağırıldı - müstəqil, güclü və sabit bir dövlət qurmaq üçün birləşdi. Bu gün cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həmin yol uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz, siyasi və iqtisadi uğurlar, müasir infrastruktur layihələri və enerji strategiyası bu müstəqilliyin sarsılmazlığının bariz göstəricisidir. Son iki həftə ərzində ölkə başçımız üç fərqli beynəlxalq sammitdə iştirak etdi. Qahirədə keçirilən Yaxın Şərq Sammitində, Bakıda baş tutan Türk Dövlətləri Təşkilatının tədbirlərində və Avropanın müxtəlif ölkələrinə etdiyi səfərlərdə Azərbaycanın gücü, səsi və mövqeyi bir daha nümayiş olundu. Bu, bir daha göstərdi ki, Azərbaycan artıq regional lider deyil, qlobal siyasətdə söz sahibi olan bir dövlətdir.

Xüsusilə Türk dünyası ilə əlaqələrimizin genişlənməsi, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsi və bu platformada Azərbaycanın aparıcı rolu qürurverici haldır. Oktyabrın 13–15-də ölkəmizdə keçirilən Türk və İslam dünyası ilə bağlı beynəlxalq tədbirlər, eləcə də təhsil sahəsində atılan addımlar, o cümlədən universitetlərimizdə Qazax və Özbək dilləri üzrə proqramların açılması - Türk xalqları arasında mədəni, elmi və mənəvi birliyin dərinləşdiyinin göstəricisidir. Türk dövlətlərinin birliyi artıq ideya yox, real siyasi və iqtisadi gücə çevrilir. Bu birliyin formalaşmasında Azərbaycanın rolu danılmazdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, Türk dünyasında həmrəyliyin möhkəmlənməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.

18 oktyabr – Müstəqillik Günü münasibətilə mən əminliklə demək istəyirəm ki, Azərbaycan dövləti bundan sonra da müstəqilliyini qoruyacaq, milli maraqlarını müdafiə edəcək və Türk dünyası ilə birlikdə güclü gələcəyə doğru inamla addımlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri