Azərbaycan xalqı üçün Türkiyə yalnız strateji tərəfdaş deyil, qardaş dövlətdir
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son dövrdə İsrail–Türkiyə xəttində müşahidə olunan gərginlik, regionun ümumi təhlükəsizlik arxitekturası, beynəlxalq hüququn prinsipləri və humanitar dəyərlər baxımından ciddi narahatlıq doğurur. Bu hadisələr məndə dərin təəssüf hissi yaradır. Beynəlxalq hüquq müdafiəçisi kimi hesab edirəm ki, dövlətlərarası münasibətlərdə siyasi mövqelər nə qədər fərqli olsa da, diplomatik dil, beynəlxalq hüququn tələbləri və insan həyatının toxunulmazlığı əsas meyar olaraq qalmalıdır.
Azərbaycan xalqı üçün Türkiyə yalnız strateji tərəfdaş deyil, qardaş dövlətdir. Azərbaycan–Türkiyə münasibətləri adi diplomatik münasibətlər çərçivəsindən daha geniş, tarixi, mənəvi və milli bağlılıq üzərində qurulmuş münasibətlərdir. Bu baxımdan Türkiyənin acısı Azərbaycan xalqının acısı, Türkiyənin sevinci Azərbaycan xalqının sevincidir. Ona görə də Türkiyənin təhlükəsizlik narahatlıqları, regional sabitliklə bağlı mövqeyi və beynəlxalq hüquqa əsaslanan çağırışları Azərbaycan ictimaiyyəti tərəfindən həssaslıqla qarşılanır.
Eyni zamanda qeyd etmək lazımdır ki, İsrail dövləti ilə Azərbaycan arasında uzun illər ərzində formalaşmış qarşılıqlı hörmətə, əməkdaşlığa və strateji maraqlara əsaslanan münasibətlər mövcuddur. Məhz bu səbəbdən mövcud gərginlik fonunda emosional radikallıqdan uzaq durmaq, məsələni hüquqi, humanitar və diplomatik müstəvidə qiymətləndirmək daha doğru yanaşmadır.
Bununla belə, İsrail tərəfinin regional hərbi-siyasi addımları, xüsusilə mülki əhalinin təhlükəsizliyi, humanitar hüququn qorunması və qonşu dövlətlərin təhlükəsizlik narahatlıqları baxımından daha məsuliyyətli, ölçülü və beynəlxalq hüquqa uyğun şəkildə dəyərləndirilməlidir. Mən bu məsələdə İsrail tərəfinə qarşı düşmənçilik mövqeyindən deyil, dostcasına narahatlıq və prinsipial hüquqi məsuliyyət mövqeyindən yanaşıram. Hesab edirəm ki, hər bir dövlət öz təhlükəsizliyini qorumaq hüququna malikdir, lakin bu hüquq beynəlxalq humanitar hüququn sərhədlərini aşmamalı, regionda yeni qarşıdurma dalğası yaratmamalı və qardaş Türkiyənin təhlükəsizlik həssaslıqlarını nəzərə almalıdır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan üçün Gürcüstan yalnız tranzit tərəfdaş deyil Politoloq
10 Aprel 2025 18:50
Yalnız güclü Azərbaycan Türkiyə üçün etibarlı tərəfdaşdır
14 Oktyabr 2026 15:30
İran səfəri yalnız Türkiyə üçün deyil, həmçinin Azərbaycan üçün də əhəmiyyətlidir Politoloq
19 Avqust 2025 13:06
Prezident Tokayev: Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir
21 Oktyabr 2025 12:40
Azərbaycan və Türkiyə dost, qardaş və strateji müttəfiq ölkələrdir
22 Oktyabr 2026 15:29
Baxış sayı:371
Bu xəbər 30 İyun 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















