Icma.az
close
up
RU
Azərbaycan xalqının qürur tarixi

Azərbaycan xalqının qürur tarixi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki,   uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi.  Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.

İşğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliyinin şahididir. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən yerli və xarici qonaqlar  erməni vəhşiliyinin təzahürlərini görürlər.  Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Rayonda bir dənə salamat kənd, bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Müzəffər Ali Baş Komandan daim bu xatırlatmanı edir: “ Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz”.

Bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Amma bu inam, ümid heç zaman insanları tərk etmədi. Xalqımız əmin idi ki, dövlətimizin qətiyyəti, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azadlığına qovuşacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev keçmiş  qaçqın və məcburi köçkünlərlə görüşlərində hər zaman bildirirdi ki, onlara yaradılan şərait müvəqqətidir. Tezliklə torpaqlarımızı azad edəcək, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara yenidən nəfəs verəcəkdir.

Hər bir vədini real həyatda təsdiqləyən cənab İlham Əliyev  bu vədini də doğrultdu. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, neçə-neçə strateji yüksəkliyin işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşümüz dünyaya səs saldı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi.  Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi.  30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd etdiyimiz kimi, artıq tariximizə torpaqlarımızın işğaldan azad edildiyi günlər yazılıb. 17 oktyabr yalnız füzulilərin deyil, bütün Azərbaycan xalqının qürur tarixidir. Soydaşlarımızın torpaq həsrətinə son qoyulduğu bu tarixdən  Füzuli rayonu həyatının yeni mərhələsinə daxil oldu. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri