İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir Prezident
Icma.az bildirir, Axar.az portalına istinadən.
Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.
“Yaşamaq məcburiyyətində qaldığımız sistemlərin heç biri milli hisslərimizi və dövlətçilik düşüncəmizi boğa bilmədi. Məhz buna görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik, öz taleyimizin sahibi olduq. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər bölgələrində gördükləri, əsasən, müstəqillik dövründə, öz taleyimizin sahibi olduğumuz zaman yaradılıb. Məhz bundan sonra biz bütün dünyaya nələrə nail ola biləcəyimizi nümayiş etdirdik. Digər mühüm nailiyyətlərimizdən biri də budur ki, müstəqillik illərində biz yalnız ənənələrimizi və həyat tərzimizi qoruyub saxlamaqla kifayətlənmədik, eyni zamanda onları daha da möhkəmləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda heç bir daxili riskimiz yoxdur. Bütün potensial risklər sərhədlərimizdən kənardan qaynaqlanır. İdeoloji risklər də fiziki risklər qədər təhlükəlidir. Buna görə də biz daim ayıq-sayıq olmalıyıq. Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq”, - dövlət başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 Oktyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















