Icma.az
close
up
RU
Azərbaycan xarici investorların diqqət mərkəzində

Azərbaycan xarici investorların diqqət mərkəzində

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Son 20 ildə iqtisadiyyatımıza 338 milyard dollardan çox sərmayə qoyulub ki, onun yarısını birbaşa xarici investisiyalar təşkil edır

Hər cəhətdən nümunəvi inkişaf modelinə malik olan Azərbaycan özünün investisiya imkanlarını təqdim etmək üçün müxtəlif beynəlxalq platformalardan geniş şəkildə istifadə edir. Daşkənd Beynəlxalq İnvestisiya Forumu da belə əlverişli platformalardan biridir.

Bu günlərdə Baş nazir Əli Əsədov dost Özbəkistana rəsmi səfəri çərçivəsində IV Daşkənd Beynəlxalq İnvestisiya Forumuna qatılaraq tədbirdə Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və əlverişli investisiya mühiti haqqında ətraflı məlumat verib. Forumda həmçinin respublikamızın iş adamları, iqtisadi sektora aid bir sıra qurumların təmsilçiləri iştirak ediblər.

Ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib

Qısa müstəqillik tarixində Azərbaycanın yüksək iqtisadi inkişaf dinamikasına malik olan ölkəyə çevrilməsi son dərəcə qürurvericidir. Bu gün dünyada beynəlxalq maliyyə qurumlarından asılı olmayan, tam müstəqil siyasət həyata keçirən ölkələrin sayı çox deyil. Respublikamız isə qlobal miqyasda müşahidə edilən gərginliklər fonunda sabitlik və inkişaf adası kimi diqqət çəkir. Məlumdur ki, Azərbaycan böyük iqtisadi potensiala malikdir. Əsas məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar kursu bu zəngin potensialdan səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar açıb. Ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızın iqtisadi müstəqilliyinə və bu əsasda siyasi müstəqilliyinə nail olunub.

Əlamətdar haldır ki, islahatlar kursu ölkənin iqtisadi göstəricilərini ilbəil yaxşılaşdırmağa imkan verir. Forumda qeyd olunub ki, 2024-cü ildə ölkəmizin iqtisadiyyatı 4,1 faiz, qeyri-neft-qaz sektoru 6,2 faiz artıb.

Bu gün hətta inkişaf etmiş bir sıra ölkələr belə yüksək borc öhdəliklərindən əziyyət çəkirlər. Azərbaycan isə Prezident İlham Əliyevin göstərişləri əsasında xarici börc öhdəliyinin azaldılmasını hədəfləyib. Hazırda respublikamızın xarici borcu ÜDM-in 7 faizindən də azdır, maliyyə ehtiyatlarımız isə xarici borcumuzu 14 dəfə üstələyir.

Əlverişli sərmaye investisiya mühiti

Ardıcıl şəkildə aparılan islahatlar həmçinin ölkənin investisiya cəlbediciliyinin daha da artırılmasına hesablanıb.  Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verən Baş nazir vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyət toxunulmazlığının təmin edilməsi məqsədilə ardıcıl işlərin aparıldığını bildirib. Hazırda Azərbaycanda müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış yeddi sənaye parkı fəaliyyət göstərir. Həmin sənaye parklarında, xüsusilə də Ələt azad iqtisadi zonasında investorlar üçün unikal şərtlər təklif edilir və onlar bundan yararlanırlar. “Yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır. Bunun nəticəsidir ki, son 20 ildə iqtisadiyyatımıza 338 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur, bunun da yarısı birbaşa xarici investisiyadır”, - deyə Ə.Əsədov bildirib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad edilən əraziləri də investorlar üçün kifayət qədər əlverişi məkandır. Hazırda burada şəhər və kəndlər yenidən qurulur, müxtəlif infrastruktur obyektləri, sənaye müəssisələri, aqroparklar yaradılır. Dost ölkələrdən olan investorlar da bu layhələrdə iştirak edirlər.

Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə həyata keçirilən səmərəli işbirliyi

Dost ölkələr olan Azərbaycanla Özbəkistan aralarındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də sıx əməkdaşlıq edirlər. Daşkənd şəhər rəhbərinin müavini Şarof Rəhmanov forum çərçivəsində keçirilən “Azərbaycan - Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru” panel sessiyasında bildirib ki, ikitərəfli ticari-iqtisadi əlaqələr inkişaf edir: “Daşkənddə Azərbaycan kapitalının iştirakı ilə təxminən 200 müəssisə fəaliyyət göstərir. Təxminən eyni sayda müəssisəmiz Bakıda qeydiyyatdan keçib. Bu gün bizim ticarət dövriyyəmiz təxminən 150 milyon ABŞ dolları təşkil edir. Əməkdaşlığın xüsusi sahəsi isə turizmdir. Hər il Daşkəndi təxminən 10 min azərbaycanlı turist ziyarət edir. Təxminən eyni sayda turistimiz Azərbaycanı ziyarət edir”, - deyə Daşkənd şəhər rəhbərinin müavini vurğulayıb.

Ş.Rəhmanov əlavə edib ki, ölkələr arasında hotel biznesi sahəsində də əməkdaşlıq mövcuddur, xüsusilə Daşkənddə dəyəri artıq 300 milyon ABŞ dolları olan hotel tikilir və tikintini Azərbaycan şirkəti həyata keçirir. O həmçinin vurğulayıb ki, Bakıda Özbəkistanın və Daşkənddə isə Azərbaycanın milli mərkəzlərinin tikilməsi barədə razılaşma əldə olunub. Sitat: “İki ölkənin sahibkarları bu layihələrin həyata keçirilməsində iştirak edəcəklər. Əminik ki, bu mərkəzlər ölkələrimizin simvollarına çevriləcəklər”.

Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyi məmnunluq doğurur. Fondun xətti ilə müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələr reallaşdırılır. Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparıb. Bu rəqəmin 6 min hektara çatdırılması planlaşdırılır. Ölkələrimiz avtomobil sənayesi sahəsində də əməkdaşlığı davam etdirirlər. Vurğulandığı kimi, artıq birgə müəssisədə 9 min ədəd “Chevrolet” markalı avtomobil istehsal edilib ki, bu da “Made in Azerbaijan” və “Made in Uzbekistan” brendlərini gücləndirir.

Əməkdaşlığın yeni istiqaməti - alternativ enerji

Əməkdaşlıq üçün digər perspektivli istiqamət alternativ enerji sahəsidir. Azərbaycanın bu sahədə genişmiqyaslı gündəliyi var. Xəzər sahilləri, Naxçıvan böyük həcmdə bərpaolunan enerji potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimiz sözün əsl mənasında”yaşıl enerji” vadisidir. Artıq ölkəmizdə dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələr həyata keçirilir.

Azərbaycanın Avropaya “yaşıl enerji” tədarükçüsü kimi də fəal inkişaf etdiyini deyən Ə.Əsədov ölkəmizin bu gün Gürcüstan, Rumıniya və Macarıstanla birgə Qara dənizin dibi ilə Avropaya yaşıl enerji dəhlizinin yaradılması layihəsi üzərində işlədiyini vurğulayıb.

Bildirilib ki, bununla yanaşı, COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstanın dövlət başçıları Xəzər dənizi-Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerjinin ixracı üçün geniş imkanlar açan saziş imzalayıblar.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri