Icma.az
close
up
RU
Azərbaycan kürüsü diqqət mərkəzində

Azərbaycan kürüsü diqqət mərkəzində

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda nərə balığının yetişdirilməsi və qara kürü istehsalı üzrə ixtisaslaşmış aparıcı şirkət - "Azerbaijan Fish Farm" MMC 16-18 mart tarixlərində ABŞ-nin Boston şəhərində keçirilən "Seafood Expo North America" beynəlxalq dəniz məhsulları sərgisində bir daha ölkənin yeganə təmsilçisi olub.

Tədbirdə şirkət öz flaqman məhsulunu - keyfiyyət, ənənə və ekoloji məsuliyyəti özündə əks etdirən "Baku Caviar" brendini təqdim edib.

"Azerbaijan Fish Farm" MMC kürü istehsalının həm premium, həm də ətraf mühit nöqteyi-nəzərindən şüurlu ola biləcəyini isbatlayaraq sənaye standartlarını yenidən müəyyənləşdirməyə davam edir. Şirkət nəsli kəsilmək təhlükəsi altında olan nərə balığı növlərinin qorunması və bərpasına töhfə verərək satılan hər kürü bankasının qarşılığında Xəzər dənizinə 10 nərə balığı buraxır.

Qlobal əhatənin genişləndirilməsi

"Seafood Expo North America" sərgisində iştirak "Azerbaijan Fish Farm" MMC-yə beynəlxalq bazarda öz mövqeyini gücləndirməyə və distribütor şəbəkəsini genişləndirməyə imkan verib. Şirkətin məhsulları beynəlxalq tərəfdaşların marağını əhəmiyyətli dərəcədə cəlb edib, təqdim edilmiş məhsul çeşidi isə qurmanların, həmçinin sənaye sahəsinin peşəkarlarının diqqətini çəkib.

Ekologiya və nərə balığının mühafizəsi sahəsində qlobal problemləri nəzərə alaraq, "Azerbaijan Fish Farm" MMC etik kürü istehsalının nəinki marketinq trendi, həm də dayanıqlı reallıq olduğunu nümayiş etdirir. Şirkət resurslara qarşı məsuliyyətli yanaşmanı müdafiə edir və dayanıqlı balıqçılığın gələcəyi haqqında beynəlxalq müzakirələrdə fəal iştirak edir.

Ard-arda iki ildir ki, "Azerbaijan Fish Farm" MMC dayanıqlı kürü istehsalı sahəsində öz öncüllük və liderlik statusunu bir daha təsdiq edir. "Seafood Expo North America" sərgisində iştirak Azərbaycan kürüsünün nəinki ənənə, həm də gələcək nəsillər üçün təbiətin qorunmasına əhəmiyyətli töhfə olduğunu göstərərək irəliyə doğru daha bir addım deməkdir.

Şirkət və onun məhsulları haqqında ətraflı məlumat almaq üçün: www.bakucaviar.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri