Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan beynəlxalq birliyin diqqət mərkəzində...

Azərbaycan beynəlxalq birliyin diqqət mərkəzində...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.

Aİ və ATƏT Azərbaycanın rolunu yüksək qiymətləndirir

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər də beynəlxalq birliyin ölkəmizə marağının göstəricisidir. Qeyd edək ki, C.Bayramovun  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşündə Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son zamanlar tərəflər arasında yüksək səviyyəli təmasların artan dinamikası məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, ticarət-iqtisadi əməkdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Eləcə də regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

C.Bayramov, regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda post-münaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyət və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son proseslər və gözləntilərimiz barədə qarşı tərəfə məlumat verib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

C.Bayramov, həmçinin ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb. Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Eləcə də, Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Vaşinqton sammitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb.İşğal dövrünün qalıqları olan Minsk Prosesi və əlaqədar strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub. Görüş zamanı həmçinin, ATƏT çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər və geniş regionda təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

NATO ilə əməkdaşlıq diqqət mərkəzindədir

Azərbaycanın XİN başçısı  C.Bayramovun NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşündə isə ölkəmiz və NATO arasında əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər aspektləri müzakirə olunub. NATO üzv ölkələrinin səfirlərinin cari ilin noyabr ayında ölkəmizə səfəri və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.

C.Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə məlumat verib.Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, NATO mexanizmləri çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov, həmçinin Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb. Rəsmilər Azərbaycan-Fransa münasibətlərinin cari məsələləri və perspektivləri, regional təhlükəsizlik, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

XİN başçısının Kanada Xarici İşlər Nazirliyinin  parlament katibi Robert Olifantla görüşündə isə ikitərəfli əməkdaşlıq, regional inkişaf və ATƏT çərçivəsində ortaq prioritetlər müzakirə olunub.

İkitərəfli münasibətlər müzakirə edilib

Azərbaycanın XİN başçısı gürcüstanlı həmkarı Maka Botçorişvili ilə də görüşüb.Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı qeyd edilib.

Həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələri, o cümlədən enerji, nəqliyyat-logistika istiqamətlərində indiyədək həyata keçirilmiş müştərək strateji layihələr barədə fikir mübadiləsi aparılıb. Regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin gücləndirilməsinin hər iki ölkənin, eləcə də bütün regionun rifahı üçün strateji əhəmiyyəti vurğulanıb.

C.Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.

Bundan əlavə, C.Bayramov Vyanada Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu, Kiprin xarici işlər naziri Konstantinos Kombos, İrlandiyanın Avropa məsələləri və müdafiə üzrə dövlət naziri Tomas Byrne, Niderland Krallığının xarici işlər naziri Deyvid van Vil, Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide və digər ölkələrin rəsmiləri ilə də görüşlər keçirib.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri