Icma.az
close
up
RU
Azərbaycan xarici siyasətdə yeni mərhələyə qədəm qoyur AÇIQLAMA

Azərbaycan xarici siyasətdə yeni mərhələyə qədəm qoyur AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan regionda son illər beynəlxalq siyasi proseslərə təsir edən önəmli aktorlardan birinə çevrilib. Ölkə artıq xarici siyasətində yeni hədəflər müəyyənləşdirərək, regional sabitlik və əməkdaşlığın güclənməsinə yönəlib".
Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, hazırda Azərbaycanın xarici siyasətində prioritet istiqamət sülh prosesinin uğurla başa çatdırılması, o cümlədən Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasıdır:
"Bununla belə, Azərbaycan hesab edir ki, müharibə mərhələsi artıq başa çatıb və indi qarşıda iqtisadi gücün, regional nüfuzun artırılması kimi yeni məqsədlər dayanır. Geosiyasi proseslərdə fəal iştirak edən Azərbaycan iqtisadi potensialını gücləndirməklə yanaşı, beynəlxalq təşkilatlarda da mövqelərini möhkəmləndirib. 
Xüsusilə Vətən müharibəsindən sonra Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırıb".
Politoloq bildirib ki, Azərbaycan həm də müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, qlobal dialoqa və sülh təşəbbüslərinə töhfə verən vasitəçi dövlət kimi tanınır:
"Bu da Azərbaycanın diplomatik münasibətlərdə etimad və etiket qaydalarına həssas yanaşmasının nəticəsidir. Mövcud qlobal böhran bir sıra beynəlxalq təşkilatların funksionallığını zəiflətsə də, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradıb. Onlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan bu qurumun güclənməsi, Türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm rol oynayır".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikri Azərbaycanın Türk dünyasına verdiyi önəmin bariz göstəricisidir:
"Bu yanaşma, Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirir. Həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycanın artan rolu, onun sülhə, əməkdaşlığa və birliyə əsaslanan siyasətinin davamlılığını təsdiqləyir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri