Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdılandan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edildikdən sonra amansızlıqla qətlə yetirilib. Daha 14 nəfər isə girov götürülüb".
APA xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımda qeyd olunub.
"Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin bir hissəsi idi.
Bu cür ağır insanlığa qarşı cinayətlər heç vaxt unudulmamalıdır.
Başlıbel qətliamının qurbanlarının xatirəsini ehtiramla yad edirik", - vurğulanıb.
https://twitter.com/AzerbaijanMFA/status/2045390546466754689
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:306
Bu xəbər 18 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















