Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Azərbaycan beynəlxalq kommunikasiya forumunda təmsil olunub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) keçirdiyi “Vergi kommunikasiyasının gələcəyi: Rəqəmsal transformasiya şəraitində imkanlar və çağırışlar” mövzusunda kommunikasiya forumunda iştirak edib. 

525.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, rəqəmsal formatda baş tutan foruma IOTA-ya üzv olan 36 vergi administrasiyasından 150-yə yaxın iştirakçı qatılıb. Tədbirdə IOTA üzvlərinin kommunikasiya sahəsində rəqəmsal alətlərin tətbiqi, süni intellektdən istifadə, ictimaiyyətlə əlaqələrin təkmil səviyyədə təşkili mexanizmləri ilə bağlı təcrübələri dinlənilib. Azərbaycan, İtaliya, Finlandiya, Fransa, Norveç və Birləşmiş Krallıqdan olan nümayəndələr təqdimatlarla çıxış ediblər.

Tədbirin ilk günü rəqəmsal kommunikasiya sahəsində müxtəlif təşəbbüslər, kampaniyalar və süni intellektin tətbiqi mövzularına həsr olunub. Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva “Rəqəmsal transformasiya çərçivəsində kommunikasiyanın təşkili” mövzusunda təqdimatla çıxış edib. O, təmsil etdiyi qurumun rəqəmsal kommunikasiya sahəsində tətbiq etdiyi mexanizmlər, informasiya təminatı sahəsində müasir alətlər və media üzrə təcrübəsi barədə məlumat verib, kommunikasiya sahəsində süni intellekt modullarından istifadə edilən sahələri diqqətə çatdılıb. Tədbirdə İtaliyanın Gəlir Agentliyinin həyata keçirdiyi sosial media kampaniyaları, Finlandiyanın vergi kommunikasiyasında süni intellekt texnologiyasının tətbiqi təcrübəsi və Norveçin vergi orqanlarının vergi kommunikasiyalarının rəqəmsal transformasiyasında süni intellektdən istifadə qaydaları barədə mövzular dinlənilib.

Tədbirin ikinci günü isə vergi kommunikasiyasında süni intellekt texnologiyasından və rəqəmsal alətlərdən istifadə mövzularına həsr edilib. Fransanın rəqəmsal kommunikasiyanın təşkili və Böyük Britaniyanın rəqəmsallaşmış iş mühitində müasir alətlərin tətbiqi istiqamətində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Tədbir çərçivəsində sual-cavab sessiyaları və rəqəmsal kommunikasiya təcrübələrini əhatə edən qrup müzakirələri təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri