Icma.az
close
up
RU
Azərbaycan yaxın 10 ildə neftdən asılığa görə böhranla üzləşə bilər EKSPERT FİKRİ

Azərbaycan yaxın 10 ildə neftdən asılığa görə böhranla üzləşə bilər EKSPERT FİKRİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Yaşıl iqtisadiyyat prinsipləri gündəmə gəldikdən sonra enerji daşıyıcılarının ənənəvi formaları, yəni neft, qaz hasilatı istiqamətində əldə olunan enerji mənbələri çox böyük təhlükə qarşısında qalıblar və getdikcə bu yataqlardan hasil olunan məhsulların artıq daha ucuz qiymətə satılacağı ehtimalı mövcuddur, xüsusilə də bu ABŞ-də hakimiyyətə gələn Donald Trampdan və onun bəyanatlarından sonra da çox aktuallıq təşkil edir. Seçkilərdən əvvəl Tramp bəyan etmişdi ki, neftin qiymətinin ucuzlaşması üçün müəyyən tədbirlər görəcək. Hansı ki, əvvəllər Trampa qədər neft hasilatı ilə bağlı müəyyən qadağalar qoyulmuşdu, bu da ümumi hasilatın az olmasına gətirib çıxarırdı”. Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin qadağaların aradan qaldırılacağını bildirən Tramp artıq harada imkan varsa, orada neft quyularının qazılmasını və neft hasilatının yüksəlməsini planlaşdırır və bu da təbii ki, dünya bazarında neft hasilatının daha çox olacağını ehtimal etməyə imkan yaradır: “Bundan əlavə neft ölkələrini birləşdirən “OPEC” təşkilatının bildiyimiz kimi neft satışı ilə bağlı müəyyən tənzimləmələri mövcuddur və burada təbii ki, qiymətlərin stabil saxlanılması, ucuzlaşmanın baş verməməsi üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulur ki, həmin məhdudiyyətlər bu quruma üzv olan neft ölkələrinin həm büdcəsinə müsbət təsir göstərir, həm də neftin dünya bazarı qarşısında ucuzlaşmasının qarşısını alır. Eyni zamanda yaşadığımız dünyada ixlitaf və münaqişələr, buna ehtimallar olması neftin qiymətinin yüksək olacağı barədə məlumat verir. Yəni İsrail-İran, ABŞ-İran arasında münaqişələr və yaxın şərqdə cərəyan edən hadisələr ehtimal yaradır ki, neft bir müddət kifayət qədər gündəmdə olacaq və öz qiymətini birdən-birə itirməyəcək. Yaşıl iqtisadiyyat prinsipləri tam bərqərar olanda külək, su, günəş enerjisi artıq daha dominant mövqeyə sahib olduqda bu enerjinin sırf yataqlardan hasil olunmuş enerji daşıyıcılarının əldə olunması artıq ikinci plana keçəcək və bu da təbii ki, onlara olan tələbatı kifayət qədər azaldacaq. Amma yaxın 10 illiklərdə enerji daşıyıcılarının tamamilə sıradan çıxacağını proqnozlaşdırmaq mümkün deyil və düşünürəm ki, bir müddət Donald Trampın seçkiqabağı elan etdiyi şüarlar həyata keçən zaman ABŞ öz iqtisadiyyatı üzrə müəyyən problemlərlə üzləşəcək və bu Amerikada çoxsaylı şirkətlərin müflis olmasına, iqtisadiyyata çox böyük zərbə vurmasına səbəb olacaq. İndi də eyni hadisələr baş verə bilər və buna görə də yəqin ki, seçkiqabağı şüarların reallaşdırılması zamanı praktiki nəticə bir çox hallarda nəzərə alınmır, amma bu şüarları reallaşdırdığı zaman qarşılaşılan durum istər- istəməz bu şüar müəlliflərini müəyyən mənada geri çəkilməyə də məcbur edə bilər”.

İqtisadçı ekspert həmçinin bildirib ki, Azərbaycanın dövlət büdcəsində optimist və pessimist variantlar nəzərdə tutulub: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin ehtimallarına görə, optimist rəqəm təqribən neftin 1 barelinin 70 dollar olmasıdır. Pessimist isə 50 dollar civarında müəyyən olunmasıdır. Rusiyada neft bazarı böyük bir hissəni təşkil edir, optimist büdcədə bu məbləğ 69 dollar nəzərdə tutulub. Bütün bu hallar görünür ki, neft bazarında ucuzlaşma müşahidə olunur. Hal-hazırda verilən proqnozlara görə, 2025-ci ildə Azərbaycan brendli neftinin qiyməti 85 dollara qədər qalxacağı ehtimal edilir. Bu ehtimallar ABŞ prezidentinin atacağı addımlardan irəli gəlir, çünki qiymətləri tənzimləyən bazardakı qiymətdir. Əgər bazardakı məhsulun qiyməti artırsa, bu o deməkdir ki, qiymətlərin düşməsi qaçılmazdır. Yəqin ki o tip qiymətlərin tənzimləyən dövlətlər bu istiqamətdə müəyyən işlər aparacaqlar. Donald Trampın və təmsil etdiyi ölkənin Rusiyaya, İrana qarşı siyasətində neft amilindən istifadə etmək planları mövcuddur. Baxmayaraq ki, Azərbaycan və Amerika arasındakı əməkdaşlıq normaldır. Lakin Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi neftdən gələn gəlirlərdən asılıdır, yəni büdcənin təqribən 50 %-i neft gəlirləri ilə tənzimlənir. Həmçinin ixracımızında 90 %-i neft gəlirləri təşkil edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan höküməti də müəyyən alternativ işlər hazırlamalıdır. Çünki istehsalın inkişafı, neftdən asılılığın aradan qaldırılması, ixrac siyasətinin təkmilləşdirilməsi, istehlakçı iqtisadiyyatdan istehsalçı iqtisadiyyata keçid olduqca zəruridir. Bunlar olmasa yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı neftdən asılığa görə çox ciddi böhranla üzləşə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Fevral 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri