Icma.az
close
up
RU
Gələcəkdə neftdən istifadə kifayət qədər azalacaq EKSPERT FİKRİ

Gələcəkdə neftdən istifadə kifayət qədər azalacaq EKSPERT FİKRİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Enerji təhlükəsizliyi, hər bir ölkə üçün çox mühüm olan priroritetlərdən biridir. Hazırda enerji istehsalının tam təmin olunması və bərpa olunan enerjiyə keçid dünyanın ən çox diqqət mərkəzində olan problemlərdən biridir. Məlum olduğu kimi qlobal istiləşməyə səbəb olan istixana effekti yaradan qazların artımı qlobal temperaturu kəskin şəkildə artırmışdır və bu artım son illərdə daha da artmaqda davam edir. Qlobal istiləşməyə əsasən neft və qaz məhsullarından istifadə olunan yanacaqların istifadəsi zamanı ətraf mühitə təsiri daha yüksəkdir. Qlobal dünyada ən əsas neft təchizatçısı ABŞ-dır. Daha sonra Səudiyyə Ərəbistanı, Rusiya, Kanada, Çin, Braziliya, həmçinin İraq ölkəsi yer alır. Azərbaycan bu sırada 25-ci yerdə olmaqla çoxda yüksək yerlərdə deyil, çünki bizim ölkənin sahəsi, eyni zamanda əhalinin sayı və istehsal olunan neft məhsulları bazarda kifayət qədər təsirə malik deyildir. Ancaq müəyyən qədər təsirə malik olmaqla söz sahiblərindən biridirr”. Bu sözləri enerji məsələləri üzrə ekspert Sadiq Həsənov SİA-ya açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, təbii qaz istehsalına görə birinci yeri ABŞ dövləti tutur: “Sonra Rusiya, İran,Çin, Kanada, Qətər, Səudiyyə Ərəbistan və digər ölkələr dominantlıq təşkil edirlər, Azərbaycan bu sırada "Şahdəniz" yatağı işə salındıqdan sonra 30-cu yerdə möhkəmlənib, yəni bazarda əsas enerji istehsalçıları və istehlakçıları bu bölgələr sayılır. Dünyaca istehsal olunan yanacağın, yəni benzin və dizel yanacağının 49%-i nəqliyyat tərəfindən istifadə olunur. Deməli, sənayədə 16%, aviasiya 8%, kənd təsərrüfatında isə 8% yanacaqdan istifadə olunur.

Bərpa olunan enerji sahəsində dominant olan ölkələr sırasında birinci yer Çinə məxsusdur, 350 Gwt gücündə günəş və külək enerjisinnen istifadə edir. İkinci sıra da ABŞ, sonra Avropa birliyi ölkələri Hindistan, Kanada, və digər ölkələr bu istiqamətdə dominantlıq edirlər. Ümumiyyətlə dünya üzrə istehsal olunan enerjinin 15 %-i günəşdən, təxminən 15%-ə yaxınıda külək enerjisindən alınır. Ümumi pay 2023-cü ilin məlumalarına görə 30% təşkil edir və bu rəqəmin 2030-cu ildə 46% təşkil etməsi gözlənilir.Dünya üzrə su ehtiyatlarından alınan enerji azalmağa doğru gedir. Buna səbəb əsasən qlobal iqlim dəyişmələrinin təsiri ilə su ehtiyatlarının azalmasıdır.

Azərbaycanda bildiyimiz kimi bərpa olunan enerjilərə keçidlə bağlı dövlətin qəti siyasəti var. Artıq ciddi addımlar atılıb. 2023-cü ildə Qobustanda 230 MVt gücündə günəş panellərinin quraşdırılıb işə salınması çox mühüm addımlardan biridir, Sonrakı mərhələdə Izı Abşeron ərazisində 235 MVt gücündə hibrid, günəş və külək qurğuları quraşdırmaqla elektrik enerjisinin istehsalı 2025-ci ildə planlaşdırılır. Eyni zamanda 2030-cu ilə qədər ölkədə istehsal olunann elektrik enerjisinin 30% qədərini bərpa olunan enerji sektoruna almağı planlaşdırırıq. Bununla bağlı iri layihələr həyata keçirilməsinə başlanılıb. Məsələn, Biləsuvarda, Neftçalada növbəti günəş panellerinin quraşdırılması üçün torpaq yerləri ayrılıbdır və işlər görülür, həmçinin Abşeron yarımadasında günəş və külək qurğularının quraşdırılması planlaşdırılır. Bu da bizim gələcəkdə enerji bazarına (keçidimiz) üçün ciddi bir gediş olacaq. Çünki gələcəkdə neftdən istifadə kifayət qədər azalacaqdır. Azaldığına görədə artıq digər mənbələrin rolu yüksələcəkdir. Bu istiqamətdə mən düşünürəm ki Azərbaycanın apardığı siyasət öz tövhəsini verəcəkdir. Azərbaycan planladığı layihələri uğurla həyata keçidrikdən sonra qlobal bazarda bərpa olunan enerji mənbələrindən alınan enerjini bazarda realizasiya etməklə böyük uğur qazana bilər. Qlobal bazarda çox böyük olmasada müəyyən qədər təsirə malik ola bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri