Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Azərbaycan yaxın illərdə şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər Məqalə

Azərbaycan yaxın illərdə şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər Məqalə

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 6 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: İqtisadçı-jurnalist Mətin Abbaslının Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən "Azərbaycanın yeni şəhər strategiyası: 2026 sadəcə “il” deyil, modelin elanıdır" sərlövhəli məqaləsini təqdim edirik.

2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilk baxışda yalnız mədəni və ya simvolik təşəbbüs təsiri bağışlaya bilər. Lakin mövcud faktlar və beynəlxalq kontekst sübut edir ki, bu qərar dövlətin urbanizasiya siyasətini keyfiyyətcə yeni mərhələyə daşımaq, şəhərsalmanı strateji inkişafın mərkəzinə çevirmək və ölkənin qlobal mövqeyini möhkəmləndirmək məqsədi daşıyır. Bu baxımdan, məsələ sadəcə memarlıq estetikası ilə məhdudlaşmır, bura iqtisadi artım, sosial rifah, post-münaqişə dövrünün yenidənqurma işləri və beynəlxalq imic siyasəti kimi fundamental istiqamətlər daxildir.

Azərbaycanın şəhərsalma siyasətinə analitik yanaşdıqda aydın görünür ki, bu sahə artıq texniki-planlaşdırma çərçivəsindən çıxaraq dövlət siyasətinin əsas sütunlarından birinə çevrilib. Mütəxəssislər qeyd edirlər ki, müasir dövrdə şəhərlərin görünüşü və funksionallığı ölkələrin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri hesab olunur. Bu mənada Azərbaycan son illərdə həyata keçirdiyi layihələrlə urbanizasiya sahəsində uğurlarını açıq şəkildə nümayiş etdirir.

Tarixi kontekstdə baxdıqda, Azərbaycanın şəhərsalma ənənələrinin İpək Yolu üzərində formalaşmış şəhər mədəniyyətinə söykəndiyi görünür. Bu şəhərlər yalnız iqtisadi deyil, həm də mədəni və siyasi mərkəzlər kimi inkişaf edib və bu amil milli memarlıq kimliyinin formalaşmasında mühüm rol oynayıb. Müasir dövrdə isə bu irs sadəcə qorunmur, həm də yeni texnoloji və estetik yanaşmalarla yenidən interpretasiya olunur. Xüsusilə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə şəhərsalmanın institusional əsaslarının qoyulması bu gün tətbiq olunan modelin fundamentini təşkil edir.

2026-cı ilin fərqləndirici cəhəti ondan ibarətdir ki, şəhərsalma artıq təkcə mövcud şəhərlərin inkişafı ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu sahədə tamamilə yeni yanaşmanın tətbiqinə imkan yaradıb. Post-münaqişə zonasında şəhərlərin sıfırdan qurulması urbanistika baxımından nadir təcrübə hesab olunur. Beynəlxalq müşahidələr göstərir ki, bu ərazilərdə aparılan işlər “ağıllı kənd”, “yaşıl enerji” və dayanıqlı planlaşdırma prinsiplərinə əsaslanır.

Eyni zamanda, bu proses yalnız işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Azərbaycanın digər regionlarında, xüsusilə də Naxçıvan Muxtar Respublikasında şəhərsalma siyasəti yeni mərhələyə qədəm qoyub. Son illərdə Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın bir neçə şəhəri üzrə baş planların hazırlanması istiqamətində işlər aparılır. Bu planlar şəhərlərin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, infrastruktur, yaşayış zonaları, ictimai məkanlar və ekoloji balansın sistemli şəkildə qurulmasını nəzərdə tutur. Həmçinin biz bura Naxçıvanda tarixi abidələrin bərpasını və Mömünə Xatun türbəsinin restervasiyasını əlavə edə bilərik.

Bununla paralel olaraq, Naxçıvanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də şəhərsalma siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən nəqliyyatın optimallaşdırılması, yeni marşrutların təşkili və xidmət keyfiyyətinin artırılması birbaşa olaraq urban həyatın keyfiyyətinə təsir göstərir. Məhz bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar regionlarda, o cümlədən Naxçıvanda müasir nəqliyyat infrastrukturunun formalaşdırılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edir.

Digər mühüm məqam Azərbaycanın bu prosesi beynəlxalq platformaya daşımaq strategiyasıdır. 2026-cı ildə Bakının BMT-nin Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin bu sahədə qlobal diskursun fəal iştirakçısına çevrildiyinin bariz göstəricisidir. Bu seçimin təsadüfi olmaması Azərbaycanın təqdim etdiyi modelin artıq yalnız daxili inkişaf nümunəsi kimi deyil, həm də beynəlxalq səviyyədə tətbiq oluna bilən urbanistika konsepsiyası kimi qəbul edilməsindən qaynaqlanır.

Bu modelin əsas xüsusiyyətlərindən biri tarixi irs ilə müasirliyin paralel inkişafıdır. Məsələn, Şuşa şəhərində aparılan bərpa işləri göstərir ki, memarlıq yalnız fiziki mühitin deyil, həm də kollektiv yaddaşın bərpasıdır. Digər tərəfdən, Bakı kimi şəhərlərdə həyata keçirilən müasir layihələr şəhər həyatının keyfiyyətini artırmağa yönəlib. Bununla yanaşı, Azərbaycanın şəhərsalma siyasətində balans məsələsi də aktuallığını qoruyur. Paytaxtın sürətli inkişafı ilə regionların inkişafı arasında tarazlığın təmin olunması dövlət strategiyasının əsas prioritetlərindən biri kimi çıxış edir və Naxçıvan kimi regionlarda aparılan sistemli işlər bu balansın praktik təzahürüdür.

Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin göstəricisidir. Bu təşəbbüs şəhərsalmanı yalnız fiziki məkanın təşkili kimi deyil, milli inkişafın, sosial rifahın və beynəlxalq nüfuzun əsas alətlərindən biri kimi təqdim edir. Əgər bu proses düzgün kommunikasiya və analitik yanaşma ilə müşayiət olunarsa, Azərbaycan yaxın illərdə şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri