Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Azərbaycan şəhərsalma sahəsində regional lider kimi mövqeyini möhkəmləndirir

Azərbaycan şəhərsalma sahəsində regional lider kimi mövqeyini möhkəmləndirir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı il mayın 18-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun, urbanizasiya siyasətinin və dayanıqlı inkişaf strategiyasının növbəti mühüm göstəricisinə çevrildi.

Prezident cənab İlham Əliyevin forumun açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın yalnız regional deyil, qlobal şəhərsalma gündəliyində də fəal iştirakçı olduğunu nümayiş etdirdi. 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin miqyasını və Azərbaycana olan beynəlxalq marağı açıq şəkildə ortaya qoydu. Dövlət başçısının qeyd etdiyi kimi, bu göstərici rekord xarakter daşıyır və WUF13-ü COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq platformaya çevirir. Bu fakt həm də Azərbaycanın son illərdə beynəlxalq tədbirlər üçün etibarlı tərəfdaş və təhlükəsiz platforma kimi qəbul olunduğunu təsdiqləyir. Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın qədim irslə müasir urbanizasiya arasında yaratdığı balansın xüsusi vurğulanması oldu. Bakı nümunəsində İçərişəhərin tarixi memarlığı ilə müasir şəhərsalma konsepsiyasının vəhdəti Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən biri kimi təqdim edildi. Bu yanaşma təsadüfi deyil.

Azərbaycan son illərdə şəhərsalma siyasətini yalnız infrastruktur layihələri ilə məhdudlaşdırmayaraq, onu milli-mədəni irsin qorunması, ekoloji təhlükəsizlik və sosial rifah məsələləri ilə paralel şəkildə inkişaf etdirir. Dövlət başçısının “Şərqin Qərblə qovuşduğu məkan” ifadəsi əslində Azərbaycanın geosiyasi və sivilizasiya missiyasını da əks etdirir. Bakının memarlıq simasında Şərq ənənələri, Avropa şəhərsalma məktəbi və müasir urbanistika elementlərinin sintezi ölkənin çoxşaxəli inkişaf fəlsəfəsini nümayiş etdirir. Bu model artıq beynəlxalq platformalarda öyrənilən və maraq doğuran təcrübələrdən birinə çevrilməkdədir. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması WUF13 forumunun keçirilməsi ilə vahid strateji xətt təşkil edir. Bu qərar urbanizasiya məsələlərinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu göstərir. Azərbaycan yalnız paytaxt Bakının deyil, regionların da kompleks inkişafı üzərində sistemli şəkildə işləyir. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi qədim şəhər və yaşayış məntəqələrinin timsalında cənab Prezident  Azərbaycanın zəngin memarlıq irsini beynəlxalq auditoriyaya təqdim etdi.

Bu yanaşma mühüm diplomatik məna daşıyır. Çünki tarixi-mədəni irsin beynəlxalq səviyyədə təqdimatı ölkənin “yumşaq güc” imkanlarını artırır, Azərbaycanın sivilizasiya mərkəzi kimi mövqeyini möhkəmləndirir və milli kimliyin qlobal müstəvidə tanıdılmasına xidmət edir. Forum çərçivəsində dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq prosesidir. Dövlət başçısı Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntıları beynəlxalq auditoriyanın diqqətinə çatdıraraq Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Bu məqamın WUF13 kimi nüfuzlu beynəlxalq platformada səsləndirilməsi mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Azərbaycan bununla postmünaqişə dövründə həyata keçirdiyi bərpa modelini beynəlxalq ictimaiyyətə təqdim edir və işğalın real nəticələrini faktlarla nümayiş etdirir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dünyanın ən müasir şəhərsalma nümunələrindən biri hesab olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonaları, müasir nəqliyyat infrastrukturu, beynəlxalq hava limanları, tunellər, körpülər və sənaye parkları Azərbaycanın gələcək inkişaf strategiyasının əsas elementləridir. Cəmi beş il ərzində 70 kilometr tunelin, yüzlərlə körpünün, üç beynəlxalq hava limanının inşası dövlətin iqtisadi və institusional potensialını göstərən mühüm göstəricidir. Böyük Qayıdış Proqramı çərçivəsində artıq 85 mindən çox insanın doğma torpaqlarına qayıtması isə bu siyasətin praktik nəticəsidir. Cənab Prezidentin çıxışında ətraf mühit məsələlərinə xüsusi yer ayrılması təsadüfi deyildi. COP29-dan sonra Azərbaycanın yaşıl inkişaf gündəliyinə sadiqliyi artıq yeni mərhələyə qədəm qoyub. Bakının vaxtilə ciddi ekoloji problemlərlə üzləşən sənaye zonalarının müasir yaşayış və ictimai məkanlara çevrilməsi şəhərsalma siyasətinin uğurlu nəticəsi kimi təqdim edildi. Qara şəhərin Ağ şəhərə transformasiyası yalnız memarlıq deyil, həm də ekoloji yenilənmə layihəsi kimi qiymətləndirilir. Son 20 ildə Bakıda yaradılan 100 park və ictimai məkan, ictimai nəqliyyatın modernləşdirilməsi, elektrik avtobusları və mikromobillik həlləri Azərbaycanın urbanizasiya siyasətində ekoloji komponentin prioritetə çevrildiyini göstərir.

Forumun Bakıda keçirilməsi Azərbaycanın çoxtərəfli diplomatiyada rolunun artmasının növbəti göstəricisidir. Son illərdə COP29, Türk Dövlətləri Təşkilatı sammitləri və digər beynəlxalq tədbirlər ölkənin qlobal siyasi platformalarda artan nüfuzunu təsdiqləyib. WUF13 isə bu siyasətə yeni istiqamət əlavə edir-şəhərsalma diplomatiyası. Müasir dövrdə şəhərlərin inkişafı artıq yalnız daxili idarəetmə məsələsi deyil, həm də beynəlxalq əməkdaşlıq, iqlim siyasəti, enerji təhlükəsizliyi və sosial dayanıqlılıq məsələləri ilə birbaşa bağlıdır. Azərbaycan bu forum vasitəsilə öz inkişaf modelini təqdim etməklə yanaşı, qlobal urbanizasiya problemlərinin həllində də aktiv tərəfdaş olduğunu nümayiş etdirir.

Prezident cənab İlham Əliyevin çıxışında səsləndirilən əsas mesajlardan biri də məhz budur: inkişaf sürətli və cəsarətli olmalıdır, lakin tarixi irsin qorunması məsələsində son dərəcə ehtiyatlı yanaşma tələb olunur. Dövlət başçısının bunu Bakı Qran-Prisi ilə müqayisə etməsi müasir inkişaf və milli irs arasında tarazlığın vacibliyinə verilən siyasi mesaj kimi qiymətləndirilə bilər. WUF13 Azərbaycanın beynəlxalq imicinə, şəhərsalma strategiyasına və diplomatik mövqelərinə mühüm töhfə verən qlobal platforma kimi tarixə düşür.
 

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri