Icma.az
close
up
RU
Şəhərsalma və milli kimlik MƏQALƏ

Şəhərsalma və milli kimlik MƏQALƏ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçımız İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib, qlobal əhəmiyyət daşıyan siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilibdir. Ölkəmizin artan beynəlxalq nüfuzu, təhlükəsizlik və sabitlik mühiti, eləcə də müasir infrastruktur imkanları Azərbaycanın dünyanın diqqət mərkəzində olan mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsinə geniş imkan yaradıbdır.

Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən müxtəlif forum, sammit və konfransların keçirildiyi mühüm mərkəz kimi tanınır. Belə nüfuzlu tədbirlərdən biri də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasıdır (WUF13). Bu forum şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya və müasir şəhər idarəçiliyi sahəsində qlobal çağırışların müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir.

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.CənabPrezident çıxışı ilə Azərbaycanın şəhərsalma siyasətini milli inkişaf modeli ilə yanaşı, həm də qlobal urban gündəliyin tərkib hissəsi kimi təqdim etdi.

Dövlət başçımızın vurğuladığı kimi, WUF13-ə 182 ölkədən 45 mindən artıq iştirakçının qatılması Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi qabiliyyətinin sistemli şəkildə artdığını bir daha nümayiş etdirir. Cənab Prezident ölkəmizin COP29-a uğurlu ev sahibliyini xatırlatdı. Bu kimi mühüm tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin son illərdə qlobal təşkilatçılıq mərkəzi kimi formalaşdığını göstərir.

Dövlət başçımız Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsinin ölkəmizin memarlığında da əks olunduğunu bildirib.

Belə ki, Bakı şəhərində İçərişəhər kimi qədim məkanlarla müasir urbaninfrastrukturunun yanaşı mövcudluğu ölkəmizin şəhərsalma fəlsəfəsinin əsas elementlərindəndir.

Bundan başqa, ölkəmizdə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar da mövcuddur. Bütün bunlar Bakıda qədimliklə yenilik, tarixi irsin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsizəruriliyi arasında vəhdət yaradır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə urban inkişafın prioritet siyasət sahəsi kimi qəbul olunduğunu göstərir. Bu çərçivədə 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda Ağdam, Zəngilan və Xankəndi kimi şəhərlərdə keçirilən milli forumlar post-münaqişə bərpa prosesinin institusionallaşdırıldığını nümayiş etdirir. Bu kimi tədbirlər şəhərsalmanı yalnız Bakı mərkəzli deyil, bütün ölkə üzrə strateji inkişaf xətti kimi formalaşdırmağa təkan verir.

Dövlət başçımız çıxışında Azərbaycanın müxtəlif şəhərlərinin tarixi və memarlıq irsini sistemli şəkildə təqdim edərək ölkəmizinurban kimliyini “dərin tarixi qatlara malik sivilizasiya modeli” kimi izah edir.

Şamaxı, Gəncə, Şəki, Qəbələ və Naxçıvan kimi şəhərlərin misal gətirilməsi təkcə coğrafi müxtəlifliyi deyil, həm də Azərbaycan şəhərsalma ənənəsinin çoxqatlılığını vurğulayır.

Bu kontekstdə Şuşa xüsusi simvolik məna daşıyır. Cənab Prezident nitqindəŞuşanı həm dağıntıdan sonra bərpa edilən şəhər, həm də milli mədəni yaddaşı yenidən qurulan mərkəz kimi təqdim etdi. Bu konkekstə, şəhərsalmanın sadəcə fiziki infrastruktur deyil, eyni zamanda, siyasi-mədəni identiklik aləti olduğu bir daha aydın olur.

Azərbaycanın dövlət siyasətində tarixi irsin qorunması yalnız mədəni məsələ kimi deyil, həm də milli kimliyin və dövlət davamlılığının strateji elementidir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Bakı və digər qədim Azərbaycan şəhərləri memarlıq nümunələri ilə tarixin canlı daşıyıcısıdır. Qız qalası kimi abidələrin bu günədək qorunması və bərpası dövlətin tarixi irsə sistemli yanaşmasının göstəricisidir.

Bu yanaşma, təkcə keçmişin saxlanılması deyil, həm də onun gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır. Tarixi abidələrin ziyarətə açıq olması isə mədəni irsin ictimai yaddaşda canlı saxlanılmasınaxidmət edir.

Dövlət başçımızın şəhərsalma siyasətinə dair verilən mesajlarında diqqət çəkən əsas məqamlardan biri də inkişafla tarixi irsin qorunması arasında balansın zəruriliyidir. Bakı Qran-Prisi ilə aparılan müqayisə bu balansın simvolik ifadəsidir. Belə ki, yüksək sürətli inkişaf prosesləri ilə yanaşı, tarixi mühitə maksimum həssas yanaşma tələb olunur.

Bu model göstərir ki, müasir urbanizasiya yalnız texniki və infrastruktur layihələri deyil, həm də mədəni və tarixi məsuliyyət tələb edən kompleks prosesdir.

Cənab Prezidentin çıxışının ən mühüm strateji istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlıdır. Uzun illər işğal altında qalmış bu ərazilərin tamamilə dağıdılması regionun bərpasını həm infrastruktur, həm də sosial-iqtisadi baxımdan mürəkkəb prosesə çevirib.

Ağdamın “Qafqazın Xirosiması” kimi xarakterizə olunması bu dağıntının miqyasını beynəlxalq auditoriyaya çatdıran siyasi metafora kimi çıxış edir. Lakin bu gün dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı dağıdılmış şəhərlərin yenidən dirçəldilməsi baxımından dövlətin sistemli və mərhələli yanaşmasını nümayiş etdirir.

Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Tunellər, körpülər, elektrik stansiyaları, su təchizatı sistemləri və hava limanları kimi layihələr paralel olaraq sosial reinteqrasiyaprosesini də dəstəkləyir.

Artıq on minlərlə insanın geri qayıdaraq həmin ərazilərdə yaşaması, dövlətimizin bu regionları təkcə bərpa etmədiyini, həm də funksional həyat məkanına çevirdiyini göstərir. Eyni zamanda, məşğulluq və sənaye zonalarının yaradılması uzunmüddətli dayanıqlılıq məqsədini daşıyır.

Dövlət başçımızın çıxışında Bakı nümunəsi ətraf mühit siyasətində dönüşümün simvolu kimi təqdim olunur. Uzun illər sənaye çirklənməsinə məruz qalan şəhərin son 20 ildə ekoloji baxımdan yenidən qurulması şəhərsalma siyasətinin mühüm komponentidir.

Qara şəhərdən Ağ şəhərə keçid, Böyükşor və Bibiheybət ərazilərinin transformasiyası, yeni parkların və ictimai məkanların yaradılması urban ekosisteminyenilənməsi istiqamətində aparılan sistemli siyasətin nəticəsidir. Bu proses isə öz növbəsində təkcə ekoloji deyil, həm də sosial rifahın artırılmasına xidmət edir.

Azərbaycanın şəhərsalma və bərpa siyasəti tarixi irsin qorunması, müasir infrastrukturun yaradılması, ekoloji balansın təmin edilməsi və sosial reinteqrasiya kim çoxqatlı strateji model üzərində qurulub.

Bu modelin əsas ideyası ondan ibarətdir ki, inkişaf yalnız fiziki dəyişiklik deyil, həm də tarixi yaddaşın, milli kimliyin və gələcək nəsillərin həyat keyfiyyətinin qorunması ilə ölçülür.

Şübhəsiz ki, ölkəmizdə indiyədək uğurla keçirilmiş digər beynəlxalq tədbirlərdə olduğu kimi, WUF13 də yüksək təşkilatçılıq səviyyəsi, genişmiqyaslı iştirak və məzmunlu müzakirələrlə yadda qalaraq, dünya miqyasında nümunəvi tədbirlərdən birinə çevriləcəkdir.

Bu forum həm şəhərsalma sahəsində qlobal əməkdaşlığın dərinləşməsinə töhfə verəcək, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və təşkilatçılıq potensialını bir daha nümayiş etdirəcəkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see403

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see373

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see371

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see304

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see253

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see247

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see235

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see225

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see224

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see212

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see210

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see200

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see197

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see197

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see197

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see196

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see191

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see182

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see161

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri