Icma.az
close
up
RU
Azərbaycan yay turizm mövsümünü necə başa vurdu? Ekspert açıqladı

Azərbaycan yay turizm mövsümünü necə başa vurdu? Ekspert açıqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yay mövsümündə Azərbaycanın turizm sektorunda turist axını ilə yanaşı, xidmətlərin keyfiyyəti, qiymətlər və hotellərin doluluğu da diqqət çəkib. Son göstəricilər turist sayının artırılması ilə yanaşı, ölkəyə gələn qonaqların daha çox xərcləməsinə və səfərdən məmnun qalmasına şərait yaradılmasının vacibliyini göstərir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın turistlər üçün cəlbediciliyini artırmaq üçün hansı problemlər aradan qaldırılmalıdır? Azərbaycan daha çox turist cəlb etməyə, yoxsa mövcud turistlərdən daha çox gəlir əldə etməyə fokuslanmalıdır?
Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında bildirib ki, artıq yay mövsümü demək olar ki, geridə qalıb və bu, rəsmi statistik məlumatlarda da öz əksini tapır.

Onun sözlərinə görə, 2026-cı ilin müvafiq dövrünü 2025-ci ilin eyni dövrü ilə müqayisə etdikdə, gələn əcnəbi turistlərin sayının təxminən 10 faizədək azaldığını, xərcləmələrinin isə 20 faizdən bir qədər çox azaldığını demək olar.
"Və bu, otellərin doluluğuna da təsir göstərmiş oldu. Dünyada turist başına düşən xərclər təxminən 1000 dollar ekvivalentində götürülür, təxmini hesablamalar bunun üzərindən aparılır. Amma Azərbaycanda bu göstərici təxminən 600 dollara yaxındır və gələn turistlər ölkədə nisbətən qısa müddət qalırlar. Əlbəttə ki, bunların hamısı vacibdir. Turist başına düşən xərclərin artması gələnlərin daha uzun müddət qalması və həm də bu xərclərin artması deməkdir. Ona görə də turizm məhsullarının daim çeşidləndirilməsi, yeni məhsulların yaradılması, yeni marşrutların hazırlanması və infrastrukturun inkişafı turist xərclərinin artırılmasına, eyni zamanda turist məmnuniyyətinin yüksəldilməsinə kömək edən amillərdəndir.
Builki mövsüm, builki yarımil demək olar ki, geosiyasi vəziyyətlə əlaqədar olaraq geriləməyə səbəb oldu. Azərbaycana daha çox turist gələn bazarlardakı gərginliklər, hava məkanının qapalı olması, İran–İsrail müharibəsi və regiondakı digər hərbi-siyasi gərginliklər müəyyən geriləməyə səbəb oldu. Çünki Körfəz ölkələrindən gələn turistlərin sayına da hava məkanının qapalı olması öz təsirini göstərmiş oldu. Həm də enerji daşıyıcılarının qiymətinin artması, dünyada baş verən iqtisadi gərginliklər qiymət artımlarına, təyyarə biletlərinin bahalaşmasına səbəb oldu. Buna baxmayaraq, dünyada turist səfərlərində, turistlərin aktivliyində proqnozlaşdırılan 4 faiz yox, 2 faizə qədər artım baş verdi. Amma Azərbaycan yaxın qonşu ölkələrdəki bu gərginliklər səbəbindən turist sayının azalmasını müşahidə etdi".
Ekspert əlavə edib ki, ilk növbədə proses turizm ölkələri üçün daha çox turist cəlb etməkdən başlayır.
"Çünki turistlərin sayı artdıqca ilk növbədə kəmiyyət, daha sonra isə bu kəmiyyəti keyfiyyətə çevirmək məsələsi ön plana çıxır. Yəni turistlərin sayı artdıqdan sonra onları çeşidləndirməklə, yeni turizm məhsulları yaratmaqla, eyni zamanda daha fərqli məhsulların və marşrutların formalaşdırılmasına çalışmaqla onların xərclərini də artırmaq olur. Bunu bir çox turizm ölkələrində, xüsusən də qardaş Türkiyədə son dövrlərdə görürük ki, müəyyən qiymət artımlarına baxmayaraq, yenə də turist sayı artır və turizmdən gəlirlər də artmış olur. Turist sayının artması və turizmdən əldə olunan gəlirlərin də artması daha vacibdir. Gəlirlərin daha ciddi şəkildə artmasına çalışmaq lazımdır.
Bunun üçün də səhiyyə turizmi, tibbi turizm və digər turizm növlərinin inkişafı, eləcə də seqmentləşdirmə vasitəsilə turistlərin ölkədə xərclədikləri vəsaiti artırmağa çalışırlar ki, turizmdən daha çox gəlir əldə etsinlər. Azərbaycan üçün həm turist sayının artırılması, həm də turizmdən əldə olunan gəlirlərin yüksəldilməsi vacibdir. Əlbəttə ki, xüsusən Gürcüstanla daha çox müqayisələr aparılır. Gürcüstana gələn turistlərin sayı çoxdur, turizm gəlirləri də yüksəkdir. Xüsusən nəzərə alsaq ki, Gürcüstan ümumiyyətlə turizm sahəsində daha liberal davranır, həm sərhədlərin açıq olması, həm də vizaların bir çox ölkə vətəndaşları üçün ləğv edilməsi turist axınına təsir göstərir. Eyni zamanda, müqayisə etdikdə, Gürcüstanın Azərbaycandan ən çox üstünlüklərindən biri hava nəqliyyatının və aviabiletlərin daha əlverişli olmasıdır. Xüsusən Gürcüstanın bugünkü gündə turizm baxımından Azərbaycandan daha açıq olması və hava nəqliyyatının Gürcüstana daha əlverişli və əlçatan olması ora gedən turistlərin sayını da artırmış olur.
Xüsusən həm regiondan, həm Avropa bazarından, həm də digər Şərq ölkələrindən Gürcüstana daha çox turistin getməsinə səbəb olur. Düşünürəm ki, Azərbaycanda da bu imkanlar var. Xüsusən Gürcüstanda beynəlxalq hava limanları bu imkanları əlverişli və əlçatan şəkildə təmin edə bilirsə, Azərbaycanda da beynəlxalq hava limanları vasitəsilə turist axınını artırmaq üçün imkanlar mövcuddur. Biz daha fərqli yanaşmalar tətbiq edərək turistləri ölkəmizə cəlb edə bilərik. Və bununla bağlı da 20 avqustda cənab Prezident turizmin inkişafı ilə bağlı 2026–2030-cu illər üçün Dövlət Proqramını təsdiqlədi. Bu Dövlət Proqramında turizmin inkişafı, hava nəqliyyatının turizmə töhfəsinin artırılması, investisiyaların cəlbi, regionlarda turizmin inkişafı və digər məsələlərlə bağlı tədbirlər nəzərdə tutulub".
Ceyhun Aşurov qeyd edib ki, dövlət proqramında həm hava nəqliyyatı ilə bağlı tədbirlər, həm investisiyaların cəlbi, həm tədbirlərin keçirilməsi, həm rekreasiya zonaları, həm də turizm məhsullarının çeşidləndirilməsi ilə bağlı bir sıra məsələlər öz əksini tapıb.
"Mərhələli şəkildə və düzgün şəkildə, addım-addım bunlar yerinə yetirilərsə, biz gələn ildən Azərbaycanda da turistlərin sayında artım müşahidə edə bilərik. Təbii ki, bunun üçün əsas şərtlərdən biri də dünyada baş verən hadisələr və sabitliyin təmin olunmasıdır. Bu şərtlər daxilində düşünürəm ki, bu proqram Azərbaycanda turizm sahəsində ciddi şəkildə regionda fərqlənməyə imkan verə bilər. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi turist axınının artırılmasına və Azərbaycanın regionda daha rəqabətqabiliyyətli turizm məkanına çevrilməsinə imkan yarada bilər", - deyə Ceyhun Aşurov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri